İmam cümədən namizədlərə: Bizə düşmənlə saziş edən prezident lazım deyil...
Mьəllif: admin1
Tarix: 14-04-2017, 22:18
Bцlmə: Xəbərlər
İmam cümədən namizədlərə: Bizə düşmənlə saziş edən prezident lazım deyil...
İslamazeri.com-un “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, sözünün əvvəlində ölkədə keçiriləcək seçkilərə işarə edən imam cümə bildirib: “Biz şəhidlərimizin yolunu gedir, inqilab və respublikamızdan yorulmamışıq. Seçkilərdə iştirak edərək, dövlətimizlə olan beyətimizi yeniləyəcəyik. Seçkilər məsələsi ən önəmli məsələlərdəndir. Seçkilərdə maksimum iştrak etmək həm haqqımızdır, həm də vəzifəmiz. Biz müchid qalacaq və müqavimət yolumuzu davam etdirəcəyik və sonadək də bu vəziyyətdə qalcağıq.”

Prezidentliyə namizəd olanlara da səslənən imam cümə “Şəri, milli və qanuni vəzifəmiz budur ki, nəzakətlə davranaq. Bura İmam Əlinin (ə), Xanım Zəhranın (ə), Peyğəmbər (s) və məsumlarım məskənidir. Bura İmam Zamanı (ə) gözləmək məkanıdır. Biz bu hakimiyyəti İmam Zamanın (ə) zühuru üçün hazırlıq olsun deyə yaratdıq. O həzrətin hakimiyyəti də əxlaq, tövhid və Allah hakimiyyətindən ibarətdir. Allahın göstərişlərinə məhəl qoymayan, ağzına gələn hər şeyi danışacaq. Bizim gözləntimiz budur ki, namizədlər nəzakətlərini qorusunlar. Hər növ töhmət, hörmətdən salmaq və əxlaqa zidd olan addımlardan çəkinək. İkinci məsələ isə qanuna uyğun addımlamaqdır. Əgər seçilən prezident qanuni orqanlara hücum edib, məsələn Nəzarət Təftiş Komitəsinin artıq olmasını iddia etsə və özünü qanunun fövqündə görsə xalqımız üçün çox acı nəticələrə səbəb olacaqdır. Bu şəxsin düşüncələrinin qeyri qanuni olması məlum məsələdir. Prezidentlik məqamı əsir insan üçün deyil. Bizə azad insan lazımdır, şəhvətinin əsiri olan yox! Hansısa partiyanın və ya kütlənin prezidenti yox, 80 milyon fədakar insanın prezidenti olmalıdır. Bizə düşmənlə saziş edən prezident lazım deyil, əksinə hücum ruhiyyəsinə sahib olan, müstəqillik tərəfdarı və Allaha söykənən biri lazımdır.”, -deyə əlavə edib.

ABŞ-ın Suriyaya hücumuna da toxunan höccətül-islam Siddiqi bildirib: “ABŞ-ın son hücumu ürfün əleyhinə və beynəlxalq qanunların ziddinə idi. Bu hücum həm onların yalançı olduğunu sübut etdi, həm də təcavüzkarlığını bir daha üzə çıxardı. Müstəqil bir ölkəyə bir tərəfli hücum etmək, onların qanundan xəbərsiz və dinsiz olduqlarını, həmçinin Allaha inanmadıqlarının göstəricisidir. Biz bu hücumu məhkum edir və müqavimətin bizim tərəfimizdən yarandığını elan edirik. İran elan edir ki, heç bir ölkəyə hücum və təcavüz etmək fikri yoxdur, lakin əgər hansısa vəhşinin birinin ölkəmizə hücum etmək qəsdi olsa sahib olduğumuz iman, iqtidar və imkanlar vasitəsiylə onların cavabını verəcəyik. Bu gün bizə hücum edənlərə verəcəyimiz cavab, onların peşman edəcək. Ali-Səuda da xəbərdarlıq edir və deyirik ki, zülmünüz nə qədər çoxalsa nəticələri də acı olacaqdır. Məzlumların ahı sizi kül edəcək. Vay olsun BMT-yə və vay olsun hüquq müdafiəçilərinə. Hansı ki, məzlumların qatillərini dəstəkləyirlər.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930