Coca-Cola şirkəti dünyanı məhv edir - Şok faktlar
Mьəllif: admin1
Tarix: 10-04-2017, 10:35
Bцlmə: Xəbərlər
Coca-Cola şirkəti dünyanı məhv edir - Şok faktlar
İngiltərə qəzetlərinin biri Coca-Cola şirkətinin dünyaya verdiyi zərərləri araşdırıb.
İslaminSesi BBC-yə istinadən bildirir ki, Tom Bauden adlı bir jurnalistin araşdırmasına görə bu şirkətin okeanlara verdiyi ziyanlar şok edici dərəcədədir. 500 fərqli marka altında olan Coca-Cola hər il 100 milyarddan çox bir dəfəlik istifadə butulkalarında satılır. Hələ 2010-cu ildə Coca-Cola bir dəfəlik istifadə üçün bu butulkaların normal bir vasitə olmadığını bildirmişdi.

Coca-Colanın hər saniyə 3500 butulka satdığı məlum olub. İngiltərən Yaşıllar partiyasının lideri Karolina Lukas Coca-Colanın bu çirkləndirmə siyasətinin artıq yolverilməz olduğunu açıqlayıb. Yaşıllar partiyasının okeanlar üzrə təmsilçisi isə: "Coca-Cola plastik çirkləndirmə roluna görə məsuliyyət daşımaq istəmir. Amma okeanların mədəsində də daha buna yer qalmayıb"-deyə bildirib.

35 milyardlıq funt sterlinq büdcəyə sahib olan bu şirkətin illik gəliri 6,5 milyard funt sterlinqdir. Qəzet bildirir ki, Coca-Cola hər il öz reklamına 3,2 milyard funt sterlinq xərcləyir. Hər il dünyada 1,9 milyar Coca-Cola satılır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031