Ateizm məhvə məhkumdur
Mьəllif: admin1
Tarix: 16-03-2017, 11:33
Bцlmə: Xəbərlər
Ateizm məhvə məhkumdur
İslamazeri.az-ın “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, amerikalı alimlər ABŞ və Malayziyadan olan tələbələrin arasında dini mənsubiyyətləri barədə genişmiqyaslı araşdırma aparıblar. Onlar belə nəticəyə gəliblər ki, ateizm yox olmağa məhkumdur. Özü də ki, ateistlərin yox olma səbəbi də olduqca gözlənilməzdir: kontrasepsiya (hamiləliyin qarşısını alan) vasitələrdən aktiv şəkildə istifadə və ailə planlaşdırılması.

Araşdırmaçılar bir neçə min tələbəyə cəmi 2 sual veriblər: “dini inancınız nədir?” və “neçə qardaş və bacınız var?”. Məlum olub ki, həm ABŞ-dan olan, həm də Malayziyadan olan ateist tələbələrin inanclılardan 1,5 dəfə az doğma qardaş və bacısı var.

“Qəribədir ki, sekulyaristlər tərəfindən düşünülümüş doğuma nəzarət üsulları son nəticədə, elə onların özlərinin yox olmasına gətirib çıxaracaq.”, - deyə araşdırmanın dərc edilmiş nəticələrində deyilir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031