Ayətullah Xameneinin Əhli-Beyt şairləri və məddahlarına yeni tövsiyələri
Mьəllif: admin1
Tarix: 24-02-2017, 10:35
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin Əhli-Beyt şairləri və məddahlarına yeni tövsiyələri
“İmamların müsibətini demək və ya mədh etmək dini şerin mühüm hissəsidir. Amma bu işdə ağla uyğun, məntiqli, düzgün baxışdan və sağlam zövqdən doğan sözlər deyilməlidir. Bu məsələdə saxta və mövhumatlı sözləri deməkdən, avam və səthi anlayışları dilə gətirməkdən uzaq qalmaq lazımdır.”
İslaminSesi.info khamenei.ir-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyyid Əli Xamenei ötən gün dini sahənin şairlərini qəbul edərkən deyib.

Həzrət Fatimeyi-Zəhranın şəhadəti günü münasibətilə keçirilən görüşdə, zalımlarla mübarizənin təkcə qılıncla olmadığını deyən Ali lider, dini sahədə deyilən şerlərin böyük əhəmiyyətindən danışıb və bununla yanaşı bu sahədə məntiqdən uzaq sözlərin deyilməsi haqda xəbərdarlıq edib.

“Kəramətli Peyğəmbər və məsum İmamlar hamısı zülmlə, tağutla, küfr və nifaqla sərt mübarizədə idilər. Peyğəmbərə və İmamalara itaət etmək də bunu tələb edir ki, onlara əməldə itaət edək və onlar kimi küfr, zülm və nifaqla mübarizə edək. Zalımlarla mübarizə yalnız qılıncla deyil və bu gün dünyada əsas sözü təbliğat deyir. Siz də bəyanla və şer vasitəsilə zalımlarla mübarizə edə bilərsiniz”

İslam İnqilabının Ali lideri dini sahənin şairlərinə xitabən bu əlavələri edib:

“Dini sahənin şairlərinin öhdəliyində həyat və yaşayış tərzi məsələsi ilə bağlı öhdəliklər var. Bu gün Avropa və Amerikada, qeyri-qərbi ölkələrdə xüsusilə də İranda həyat tərzinin dəyişdirilməsini hədəfdə tutan mərkəzlər var. Bu hücumun qarşısında özünü müdafiə etmək və öz ətrafımızı hasarlamaq kifayət etməz. Əksinə islami həyat tərzini, əxlaqi dəyərləri, siyasi, mədəni dəyərlərimizi şerlə bəyan etməklə öz öhdəliyimizə əməl edə bilərik”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930