Kamillik yoluna çıxan qadının 7 xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 30-05-2014, 18:09
Bцlmə: Xəbərlər
Kamillik yoluna çıxan qadının 7 xüsusiyyəti

Həzrət Peyğəmbərə (s) müjdə verdilər ki, qızı olmuşdur. Həzrət (s) səhabələrinə nəzər salır və görür ki, onlar heç də razı deyildirlər. Ona görə buyurur: “Sizə nə olmuşdur? Mənə elə bir gül verilmişdir ki, onun ətrini iyləmişəm və ruzisi də Allah Təalanın öhdəsindədir”. (Tebyan)

Bir müsəlman qadının gərək bu 7 xüsusiyyəti olsun ki, Həzrətin (s) buyurduqlarına layiq olsun.

1. Vüqar.

Qızlar öz yaşıdları olan oğlanlardan daha tez büluğa çatır və əqli inkişafı daha sürətli olur. O qızlar ki, müəyyən yaş həddinə (6-9) çatırlar, özlərini gözəl və sevgi dolu hiss edirlər. Bu zaman özünü nümayiş etdirməyə, riyakarlığa ehtiyac olmaz. Ona görə də onun danışığı, rəftar və əxlaqı aqilcəsinə və şəxsiyyətinə uyğun olar. O, artıq öz qədrini və qiymətini bilir.

2. Ürəkləri Allaha diqqət edər.

Hər bir aktrisa əgər peyğəmbərlərdən (ə) birinin anası və ya bacısı rolunu oynasa, misal üçün Həzrət Məryəmin (s.ə) obrazını canlandırarsa, geyindiyi paltarda daha çox gözəl və cazibəli görünər. Çünki ruhani bir sima alar. Ona görədir ki, ehramda olan və namaz qılan hər bir hicablı qadın başqa vaxtlardan daha çox gözəl və cazibəli görünər. Çünki o, Allaha diqqət edər.

3. İcimai inkişaf amili.

O qız ki, həyata aqilcəsinə nəzər salar, qadın olmaq hünəri əldə edər. Əmin olar ki, bir qadının əsl vəzifəsi o deyildir ki, cəmiyyət içinə çıxıb kişilərə uyğun işlər görsün. Qadın, İmam Əlinin (ə) buyurduğu kimi, bir güldür, qəhrəman deyildir. Bəlkə onun əsl vəzifəsi budur ki, həyat yoldaşına vəfadar olsun və övlad yetişdirmək məharətinə malik olsun.

4. Rahatlıq mənbəyi.

Bütün qızlar və qadınlar rahatlıq mənbəyidir. Onlar hələ kiçik yaşlarından sevgi ilə dolu olur və öz məhəbbətini gəlinciyinə söyləyir və onu nəvaziş edir. Düzgün tərbiyə görmüş bir qız, şirin dili və rəftarda mətanəti ilə başqaları üçün dayaq ola bilər. Ailə üzvlərinə ümid verər, dərs, iş və ibadət üçün stimul olar. Eyni zamanda rahatlıq gətirər.

5. Ərini layiqli insan etməyə qadirdir.

Bir mühəndis kimi viran olmuş yerdən saray düzəldə bilər. Əgər hər bir qız öz dəyərini bilərsə, Allahın Camal sifətinə malik ola bilər. Ərinin tənbəlliyi, kobudluğunu, xəsisliyini, unutqanlığını dəyişdirə bilər. Beləsini dəyişdirib, onu aqil, məsuliyyətli, mömin, ümidvar və mücahid bir insan edər. Səbəbsiz deyildir ki, Peyğəmbər (s) buyurur: “Layiqli qadın, ailəsinin inkişafının iki amilindən biri olar”.

6. Qadın olması ilə fəxr edər.

O qadın ki, öz kəramətini və İlahi risalətini tanıyar, heç bir zaman bir qadın olduğuna görə özünə nifrət etməz. Öz gözəlliyini yersiz yerə xərcləməz.

7. Cəmiyyətdə özünü nümayş etdirməz.

Bir film nümayiş olunan zaman onun qəhrəmanı həmişə diqqət mərkəzində olar. Lakin bu filmi yaradan isə pərdə arxasında qalar. Halbuki, bu qəhrəman onun sözlərini və rəftarını nümayiş etdirər. Ailədə, cəmiyyətdə, iqtisadi, siyasi həyatda da iki rol olar: nümayiş etdirən və iştirak edən. Bir dəstə təsir qoyandır və o biri dəstə isə vasitədir. Allah qadına elə istedadlar vermişdir ki, həm cəmiyyətdə və həm də ailədə təsirqoyan vəzifəsini icra edə bilər. Filmin rejissoru kimi pərdə arxasında qala bilər. Lakin elə insanlar yetişdirər ki, İlahi övliyalar olarlar. Lakin əgər bir qadın öz dəyərindən qafil olarsa, şəxsiyyət böhranı yaşayar və bunu, özünü nümayiş etdirmək hissi ilə cubran etmək istəyər. Nəticədə həqiqi dəyirini itirər.
Allah Təala cəmi qadınları kamillik yoluna hidayət etsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031