Ərdoğan şiələri təhqir etdikdə azərbaycanlı ona belə cavab verdi
Mьəllif: admin1
Tarix: 5-12-2016, 14:46
Bцlmə: Xəbərlər
Ərdoğan şiələri təhqir etdikdə azərbaycanlı ona belə cavab verdi
SizinYol məlumat verir ki, bir müddət öncə Rəcəb Təyyib Ərdoğan öz çıxışında şiələr barəsində təhqiramiz ifadələr işlətdiyi zaman azərbaycanlı bir şəxs türkiyəli nazirə Ərdoğandan şikayət edib, onun məzhəb ayrıseçkiliyi etdiyini deyir. Həmyerlimiz Ərdoğanı qardaş Türkiyə və Azərbaycan xalqlarının aralarında soyuqluq yaratmaqda ittiham edir.

Müsəlman ölkələrinin birliyindən qorxmuş hegamon dövətlər tarix boyu sünnü-şiə davası salmağa cəhd ediblər. Misal üçün hazırda Suriya və İraq dövlətinin İŞİD, Ən-Nüsrə, ASO və sair terror qrupları ilə mübarizəsini də sünnü-şiə davası kimi göstərməyə çalışan İslam düşmənləri az deyil. Hələb şəhərində Suriya ordusunun mühasirəsində olan baş kəsən terrorçuların adi insanlar olması və şiələr tərəfindən qətlə yetirilmələri barədə yayılan yalan məlumatları da buna misal çəkmək olar.
Belə bir həssas vaxtda Ərdoğanın bu kimi təfriqə salan çıxışlarının İslam ümmətinə böyük zərbə olmasında şübhə yeri yoxdur.
.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930