Misirdə sabiq prezident Mursinin 300-ə yaxın tərəfdarına hökm oxunub
Mьəllif: admin1
Tarix: 1-12-2016, 12:07
Bцlmə: Xəbərlər
Misirdə sabiq prezident Mursinin 300-ə yaxın tərəfdarına hökm oxunub
Misir Hərbi Məhkəməsi sabiq prezident Məhəmməd Mursinin təqribən 296 tərəfdarını zorakılığa təhrik və İsmailliyə əyalətində baş verən iğtişaşlara görə 1-25 il müddətinə azadlıqdan məhrum edib. FaktXəbər-in verdiyi məlumata görə, Sinhua əgentliyi xəbər yayıb.

Xatırladaq ki, 2013-cü ilin iyul ayında xalqın narazılıq dalğası fonunda Misir ordusu Mursini prezidentlik vəziyəsindən uzaqlaşdıraraq ölkədə keçid dövrü elan etdi. Mursi tərəfdarları dövlət başçısının vəzifəyə qaytarılması üçün kütləvi aksiyalar keçirməyə başladı. Aksiyalardan sonra baş verən iğtişaşlar nəticəsində yüuzlərlə misirli həlak oldu. Beləliklə, sabiq prezidenti dəstəkləyənlərin bir çoxu, həmçinin dövlət başçısı həbs olundu. 2013-cü ilin avqust ayında Mursi tərəfdarları İsmailiyə əyalətində məhkəmə kompleksinə hücum çəkji. Təhlükəsizlik qüvvələri hücum nəticəsində 10 nəfər həlak oldu.

Agentliyin məlumatına görə, «Müsəlman Qardaşlar» rəhbərliyinin bir üzvü 25 il müddətinə, 270-i isə 15 ild müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa 6 nəfərə bəraət verilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930