ABŞ müsəlmanlarla bağlı bəyanat verdi
Mьəllif: admin1
Tarix: 30-11-2016, 11:08
Bцlmə: Xəbərlər
ABŞ müsəlmanlarla bağlı bəyanat verdi
İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidentinin mətbuat katibi Coş Ernest brifinq zamanı jurnalistlərə bildirib ki, Ağ Ev insanları sırf onların müsəlman olduqlarına görə terrorçuluqda şübhəli bilməməyə səsləyib.

"Əgər biz müəyyən bir dinə inanan insanlara qarşı şübhələri artırsaq, o zaman biz onlara qarşı olan hücumların sayının artmasına səbəb (vasitə - red. ) ola bilərik.", - deyə Ernest bildirib.

Qeyd edək ki, bazar ertəsi günü ABŞ-ın Ohayo ştatının Universitetində hücum olmuşdu. Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü. Lakin, İŞİD-in məlum terror aktında həqiqətən əlinin olub-olmaması hələ məlum deyil.

Xatırladaq ki, bazar ertəsi günü Kolambusda 20 yaşlı Əbdül Rəzzaq Əli Ərtan idarə etdiyi maşını ilk öncə universitet ərazisindəki piyadaların üzərinə sürüb, daha sonra isə əlində bıçaqla maşından çıxaraq insanlara hücum edib. Ən son məlumatlara əsasən, 11 nəfər xəstəxanaya yerləşdirilib. Hücum edən şəxsin özü də həmin universitetdə təhsil alırmış. Polis hücumun planlaşdırılmış terror aktı olduğunu istisna etmir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930