İraqın baş naziri: "Mosul ilin sonuna kimi azad ediləcək!"
Mьəllif: admin1
Tarix: 29-11-2016, 21:04
Bцlmə: Xəbərlər
İraqın baş naziri: "Mosul ilin sonuna kimi azad ediləcək!"
İraqın baş naziri Heydər Əl-Əbadi ABŞ-ın yeni prezidenti Donald Trampın admistrasiyasının İraqa terrorizmlə mübarizədə daha çox dəstək olmasını gözlədiyini söyləyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, paytaxt Bağdaddakı Yaşıl Zona daxilində yerləşən devrilmiş diktator Səddam Hüseynin saraylarının birində Associated Press xəbər agentliyinə müsahibə verən Əl-Əbadi Tramp haqqında belə danışıb: "Onu seçki zamanı etdiyi açıqlamaları səbəbi ilə mühakimə etməyəcəyəm. Onu seçki sonrasında nə etdiklərinә görә mühakimə edəcəyəm". Tramp sentyabrda səsləndirdiyi bir açıqlamasında, İraqda terrorla mübarizəyə veriləcək dəstəyin müqabilində xərcləri ödəmək üçün İraqın neft hasilatı müəssisələrindən bəzilərini alacağını demişdi. O, əks təqdirdə İranın bu məsələdə addım atacağını qeyd etmişdi. Trampı praqmatik biri kimi qiymətləndirən Əl-Əbadi sözlərini belə davam edib: "İraqın nefti iraqlılara məxsusdur. İraq xalqı heç bir ölkəyә öz ehtiyatlarının nəzarətini ələ keçirməsinə yol verməyəcək".

İraqın baş naziri müsahibəsində Mosulu İŞİD-in işğalından azad etmək üçün davam edən əməliyyata da toxunub. Mosulun ilin sonuna qədər İŞİD-dən azad ediləcəyi sözündən geri addım atmayan Əl-Əbadi belə danışıb: "Bütün təşkilatın silahlı qüvvələrimiz qarşısında dağıldığını gördük. Bu qədər böyük ərazini İŞİD-dən azad etmək, təşkilatın əvvəllər olduğu cəsarəti və ya müharibə motivasiyasının qalmadığını göstərir".

İraqın baş naziri Mosulu azad etməklə İŞİD-in xarici döyüşçü toplamağa və maliyyə mənbəyi tapmasına zərbə vurulacağını bildirib: "İlanın quyruğu və ya bədəninə vurmaq işə yaramır. Başını əzmək lazımdır. Bu terror təşkilatının başı Mosuldur. Mosulu onlardan alsaq, bu onların müxtəlif ölkələrdən gənc insanları təşkilata cəlb etmələrinə böyük bir zərbə olacaq". Əl-Əbadi Mosul əməliyyatı zamanı vətəndaşların evlərində qalması üçün bir daha çağırış edib: "İlk dəfə bir şəhəri vətəndaşlar evdə ikən xilas edirik. Bu çətindir. Təhlükəsizlik qüvvələri evlərdən açılan atəşə cavab verə bilmirlər".

İraqın baş naziri İraqdakı Türkiyə əsgərilə bağlı verilən suallara isə belə cavab verib: "Mütləq geri çəkilməlidirlər. Biz onlara elə dedik. Bizə Mosul azad edildikdən və İŞİD məhv edildikdən sonra geri çəkiləcəklərini deyirlər. Hal-hazırda təbii ki, qüvvələri Başikadadır. Oranı tərk etdiyimiz üçün qüvvələri təsirsiz vəziyyətə düşüb. Təlim keçdikləri bütün iraqlıları onlardan aldıq. Onlar bizimlədir. Bu səbəblə Başikada türk əsgərinin bir rolu yoxdur. Onlar orada İraq dövlətinin dəvəti olmadan mövcuddurlar. Onlara bunu dedik. Bu 2 ölkə arasındakı münasibətlərdə bir gərginliyə səbəb olub. Buna ehtiyac yox idi. Güman edirəm ki, biri onlara bunun əksini və ya bunun İraq və Türkiyə arasındakı əlaqə üçün yaxşı olduğunu danışıb. Lakin belə deyil. Ümid edirəm ki, Türkiyə rəhbərliyi bunu görür və geri çəkiləcək".

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930