Terrorçu İŞİD başçılarından biri İran sərhədlərində öldürülüb
Mьəllif: admin1
Tarix: 29-11-2016, 15:08
Bцlmə: Xəbərlər
Terrorçu İŞİD başçılarından biri İran sərhədlərində öldürülüb
İran İslam Respublikası təhlükəsizlik naziri İran sərhədlərində terrorçu İŞİD başçılarından birinin öldürülməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, İranın təhlükəsizlik naziri dünən gecə Kərəc şəhərində Həzrət Peyğəmbərin (s.) rehləti və imam Həsən Müctəbanın(ə) şəhadətinin ildönümü günü münasibəti ilə keçirilən mərasimdə etdiyi çıxışında deyib: Əbu Ayişə Kürdi adlı İŞİD başçısı İranın təhlükəsizlik qüvvələri tərəfindən müəyyənləşdirilərək öldürülüb.

Seyid Mahmud Ələvi deyib: İranın təhlükəsizlik qüvvələri düşmənlərə islami İranın təhlükəsizliyinə xələl gətirmək imkanı verməyəcəkdir.

İranın təhlükəsizlik naziri İran xalqının milli birliyinin düşmənlərin məkirli planlarının məğlubiyyətə uğramasının əsas amili olduğunu bildirərək deyib: İslam inqilabının çoxlu sayda düşmənləri var amma İranda hakimiyyət qüvvələri və xalq arasındakı vəhdət İran xalqının bu kimi düşmənçiliklərə qalib gəlməsi və planları zərərsizləşdirməsinə gətirib çıxarır.

Seyid Mahmud Ələvi cəmiyyətdə əxlaqın yayılmasının vacibliyinə toxunaraq deyib: İranda islam inqilabı cəmiyyətdə peyğəmbər mədəniyyətini yaymaq və mehribanlıq yaratmaq əsasları üzərində quruldu.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930