İnsan beyni haqda bilmədiyimiz 6 maraqlı bilgi
Mьəllif: admin1
Tarix: 22-02-2022, 10:38
İnsan beyni haqda bilmədiyimiz 6 maraqlı bilgi
İnsan beyni haqda bilmədiyimiz 6 maraqlı bilgini öz oxucularına təqdim edir.

1. İnsan beyninin inkişafı 7 yaşa qədər başa çatır. Beynin böyüməyi isə 18 yaşda tamamilə sona çatır. Məhz buna görə uşaqların dil öyrənmə qabiliyyəti böyüklərdən bu qədər çoxdur.

2. Beynin ölçüsü və çəkisi insanın intelektual bacarıqları ilə heç cür əlaqəli deyil. Məsələn, Eynşteynin beyni 1 kiloqram 230 qram olub ki, bu da insan beyninin bu yaşdakı orta çəkisindən - 1,4 kiloqram - azdır.

3. İnsan oyanarkən beyin 23 vattlıq elektrik sahəsi yaradır. Bu 1 ədəd lampanı yandırmaq üçün kifayət edir.

4. Beyin bədənin cəmi 2 faizini təşkil edir. Lakin o bədən enerjisinin 17 faizini, oksigen və qanın 20 faizini işlədir.

5. Beyin 100 milyard neyrondan ibarətdir. Bu da bizim qalaktikada olan bütün ulduzlar qədərdir.

6. Beynin özündə ağrı reseptorları yoxdur, buna görə də o ağrı hiss etmir. Lakin həmin reseptorlar beynin qabığında var, elə buna görə biz müxtəlif cür baş ağrılarını hiss ediri.
(İslamazeri.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930