Fətullah Gülən cənnətə girsə, mən ora ayaq basmaram - Ayətullah Ameli
Mьəllif: admin1
Tarix: 24-10-2016, 11:42
Bцlmə: Xəbərlər
Fətullah Gülən cənnətə girsə, mən ora ayaq basmaram - Ayətullah Ameli
İran İslam inqilabının ali lideri Ayətullah Xamaneyinin Ərdəbil təmsilçisi Ayətullah Ameli tarixçi professor İlber Ortaylının da, arasında olduğu jurnalist heyətini qəbul edib.
İslaminSesi.az Huriyyet.com-a istinadən bildirir ki, İran İslam inqilabının ali lideri Ayətullah Xamaneyinin Ərdəbil təmsilçisi Ayətullah Ameli bu görüşdə F. Güləni çox yaxşı tanıdığını vurğulayıb.

Professor İlber Ortaylı Şah İsmayıl Xətainin babasının türbəsini ziyarət etdiyini və oranın savadlı akademiklər tərəfindən orjinalına uyğun restavrasiya edilməsinin göz qamaşdırdığını bildirib.

Buna cavab olaraq Ayetullah Ameli bildirib: "Birlikdə nə qədər ağlasaq azdır. Türk sultanı və iki böyük türk dövləti avropalıların oyunu ilə bir-birləri ilə savaşıb güclərini itirdilər. Halbuki döyüşmək yerinə iki qardaş birləşsəydi dünyaya ağalıq edərdilər. Şah İsmayıl bu oyuna mane olmaq üçün çox məktub göndərdi. Şah İsmayıl döyüşmək yerinə vahid bir mədəniyyət yaratmaq istəyirdi. Təəssüf ki, Sultan Səlim bunu ciddi qəbul etmədi və müharibə etməli oldular. Hamımıza heyf oldu. Səfəvilərlə Osmanlılar birləşsəydi böyük dövlət qurardılar və dünya bu gün belə olmazdı."

Ayetullah Ameli həmçinin bildirib ki, Türkiyə nə vaxt çətinliyə düşsə İran onun yanında olub. Buna misal olaraq o PKK-nın heç vaxt İran tərəfdən Türkiyəyə hücum etmədiyini deyib. Gələcəkdə belə hücumlarımn olmayacağını bildirib, çünki İran hökumətinin buna izn verməyəcəyini vurğulayıb. İlbər Ortaylı da: "Kürd məsələsi ancaq müsəlman və qədim dövlətçilik ənənələri olan Türkiyə və İran tərəfindən həll edilə bilər"- deyə bildirib.

Söhbət zamanı bir sual əsnasında Feto da müzakirə olunub. Ayetullah Ameli F. Güləni çoxdan tanıdığını və onun Belçikada verdiyi bir fətvasında Kəlmeyi-Şəhadəttdən Hz. Məhəmmədin(s) adını çıxarmasını bildiyini qeyd edib. Daha sonra sözlərinə "Fətullah Gülən cənnətə girsə mən ora ayaq basmaram" -deyə əlavə edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930