Gürcüstanda azərbaycanlı əsgərlər Qurban Bayramı münasibətilə 2 gün evə buraxılıb
Mьəllif: admin1
Tarix: 11-09-2016, 21:52
Gürcüstanda azərbaycanlı əsgərlər Qurban Bayramı münasibətilə 2 gün evə buraxılıb
Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Qurban Bayramı münasibətilə təbrik banerləri quraşdırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib.

Hazırda Marneulidə olduğu kimi, müsəlmanlar yaşayan digər bölgələrdə də banerlər quraşdırılıb və məscidlərdə və digər dini toplantılarda Qurban Bayramının məziyyətləri haqqında Peyğəmbərimizin (s), din alimlərinin kəlamları söylənilir və izah edilir. GMİ-nin şeyxi hər il olduğu kimi Gürcüstan Silahlı Qüvvələrində xidmət edən müsəlmanlara ölkənin Müdafiə Nazirliyinin qayğısı və diqqətini gördüklərini bildirib: ”Bu il isə Gürcüstan müdafiə naziri Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı əsgərləri Qurban Bayramı münasibətilə ailələri ilə bayramlaşmaq üçün iki gün evə buraxıb. Biz müdafiə nazirinin bu əmrini alqışlayırıq”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930