Dinlər arası dialoq adı ilə altında Şərqi xristianlaşdırmaq planı
Mьəllif: admin1
Tarix: 15-08-2016, 13:57
Bцlmə: Xəbərlər
Dinlər arası dialoq adı ilə altında Şərqi xristianlaşdırmaq planı
Bu kilsələr potensial xristianlıq xüsusiyyətlərini daşıyırlar. Niyə? Çünki Həzrəti İsanı peyğəmbər və Məsih olaraq, onun anası Hz. Məryəmi həqiqətən müqəddəs kimi qəbul edərlər. Bundan əlavə Qurani-Kərimi, İncili, Tövratı vəhy kitabları kimi qəbul edərlər. Təbii ki, təhrif olunduğunu da söyləyərlər. Bu ayrı bir mövzudu. Onlar belə düşünürlər ki, dialoq yolu ilə Şərqi xristianlaşdıra bilərlər. Onlar bunu görünməz kilsə yolu ilə edəcəklərini düşünürlər. Görünən kilsə hansılardır: Vatikandı, kasedrallardır, kilsələrdir.

Lakin görünməz kilsələrdə isə bir insan müsəlman kimi görünəcək, oruc tutacaq, namaz qılacaq və bir az irəli getsə Quran da, oxuyacaq, amma onların istədiklərini yerinə yetirəcək. Bu sistemi bir "invisible" - görünməz kardinal idarə edir. Bu kardinalın da kim olduğunu birbaşa onların özləri bilir. Bu nəzər nöqtəsindən Fətullah Gülən də bir "invisible kardinal" rolu oynamaqdadır. Birbaşa missionerlik layihəsinin tam ortasında, Vatikan siyasətinin tam mərkəzində rol oynamağa başlayır. Çünki özü bu barədə söyləyib. Mən sizin missiyanıza tabeyəm - deyib. Papanın missiyası nədir? Papanın iki missiyası var:

Sekulyar missiyası: Yəni Vatikan dövlətinin dövlət başçısıdır.
Petrosun xəlifəsi olaraq, yəni həvarilərin yanılmaz sifəti olaraq xristianlığı bütün dünyaya yayma missiyası vardır: bütün dünya insanlarını kilsəyə qazandırmaqdır.


Bəs, Papanın iki missiyası açıq olduğuna görə Fətullah Gülən hansı missiyasına tabedir? Hər halda Papanın bürokratiyası içərisində açıq aydın bir kardinal və ya nazir ola bilməzdi. Belə bir imkanı da yox idi. Onda hansı missiyasına tabedir? Kilsənin xristianlaşdırma missiyasına tabedir. Yəni, o görünüşdə müsəlmandır, lakin bütün etdiyi xidmətlər yalnız Papanın siyasətinə xidmət edir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930