Mərcəiyyətdən İndoneziyadakı "anti-şiə" fətvalara etiraz
Mьəllif: admin1
Tarix: 1-05-2014, 16:00
Bцlmə: Xəbərlər
Mərcəiyyətdən İndoneziyadakı "anti-şiə" fətvalara etiraz

Təqlid mərcəsi İndoneziya müftilərinin şiələrə qarşı cihad fətvalasını tənqid edib
İslamazeri.az-ın “Mehrnews”-a istinadən verdiyi xəbərə görə, Ayətullah Cəfər Sübhani İndoneziya müftilərinin şiələrə qarşı cihad fətvasına toxunaraq deyib ki, hər kəsin insan haqlarından danışdığı 21-ci əsrdə belə məsələləri demək qəribədir.

Mərcəi təqlid müctehidi bu cür "fətva"ları tənqid edərək deyib: "İndoneziyada illərdir ki, məsihilər ciddi şəkildə öz dinlərini təbliğ edirlər, amma bu məsələ müftilərin diqqətini özünə çəkməyib, əksinə şiələrin qətlə yetirilməsi üçün icazə verirlər."

Təqlid mərcəsi sözlərinin davamında Səud rejiminin İslam irslərini aradan aparılması ilə bağlı səyləri haqda danışıb: "Səudiyyənin aradan apardığı əsərlərin sənədlərini saxlamağa çalışmalıyıq. Tovhid əsərlərini şirk adı ilə aradan aparmaq olmaz. Bəni İsrailin bir tabutu var idi. Musanın (ə) ayaqqabısı, köynəyi və əsası oradadır və o qədər hörmətlidir ki, müharibədə özləri ilə aparırdılar və Quran da bu məsələyə təkidlə yanaşır. Amma böyüklərin qəbirləri və İslamın əvvəllərinin əsərləri bu gün vəhhabilər tərəfindən aradan gedir. Bu qəbirlərin sənədlərini qorumaq lazımdır. Bu siyasi hərəkətlər müvəqqətidir və gələcəkdə bu şəxslərin fikirləri dəyişən zaman bu əsərləri diriltmək olar".

Ayətullah Sübhani sözlərinin sonunda deyib: "Həcc məlumat kitabçasının nəşri çox önəmlidir, bu kitabçların oxunması ilə keçimişdə şiələrin və digər müsəlmanların ibadətləri necə yerinə yetirdikləri məlum olur və bunlar bizim üçün sənəddir."
islamazeri.az
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031