“Əhli-sünnət nəinki qardaşlarımız, canımız və qəlbimizin əzizidir”
Mьəllif: admin1
Tarix: 18-06-2016, 22:43
Bцlmə: Xəbərlər
“Əhli-sünnət nəinki qardaşlarımız, canımız və qəlbimizin əzizidir”
“Tək bir qəlb olmağın zamanı artıq gəlmişdir”
İslaminSesi məlumat verir ki, Höccətül- İslam Əli Pənahian xütbələrindən birində olduqca maraqlı mövzuya toxunub və dünya müsəlmanlarının ən başlıca problemi olan vəhdət məsələsini gündəmə gətirib. Höccətül-İslam xütbəsində imamlardan hədislər nəql edərək, onların sünni və şiə vəhdətinə nə qədər önəm verdiklərini diqqət mərkəzinə çıxarıb. Vəhdətə nail olmağın yollarından danışan Əli Pənahian sözlərinə İmam Həsən Əskəridən (ə) günümüzə çatan hədislə başlayıb.

İmam Həsən Əskəri (ə) buyurub: “ Sən o vaxt özünü Məhdəviyyət iddiaçısı adlandıra bilərsən ki, ən səmimi dostlarının arasında əhli-sünnətdən olan gənclər də yer alsın”.

Höccətül- İslam Əli Pənahian xütbəsinə davam edərək bildirib ki, cəmiyyətlə vasitəsiz rabitəsi olan son imam, imam Həsən Əskəridir (ə). Ondan sonrakı imam (ə.f) qeybdədir. Zühur vaxtına qədər bu dəyərli imamın tövsiyyələri bizə yol göstərir.

İmam Həsən Əskəri (ə) buyurur: “ Bütün qəlbləri bizə doğru cəzb edin”.

Höccətil-İslam sözlərinə davam edir: “Hər biriniz durub bu gənc yaşında neçə qəlbi cəzb etdiyinizi söyləyin. Qəlbləri bizə cəzb edin deyərkən rəvayətdəki məqsəd şiə gəncləri yox, əhli-sünnə cavanlarıdır”.

İmam Həsən Əskəri (ə) buyurur: “ Bir-birimizi bağrımıza basmalıyıq”.

Şiənin İraqdakı böyük mərcəi-təqlidi Ayətullah Sistani əhli-sünnət barəsində buyurur: “ Əhli-sünnət bizim qardaşlarımızdır deməyin, canımızdır, qəlbimizin əzizidir deyin”.

Ey imam Zaman (ə.f) davamçıları! Könülləri fəth edin. Bəzən Əhli-Sünnə qardaşlarımız imam zamanın (ə.f) hələ dünyaya gəlmədiyinə inanırlar. Elə isə imam Mehdiyə (ə.f) aşiq olan sən onların bu inancının qiymətini bil, onlara əl uzat. Bu qədərini belə qənimət say. Bu qədəri üçün belə ortaq məclislər təşkil edin.

Xütbəsinə davam edən Əli Pənahian mövzu ətrafında bir sıra həqiqətləri ortaya qoyur: “Sünni qardaşlar Qədir-Xumun Əli İbn Əbu Talibin (ə) vilayətinə deyil, məhəbbətinə dəvət olduğuna inanırlar. Biz də Əli İbn Əbu Talibin (ə) məhəbbətinə görə ortaq bayram keçirək. Bizim vilayət etqadımız bizim üçündür. Bizim onlarla Qədir-Xumdakı ortaq nöqtələrimiz imam Əlinin (ə) məhəbbətidir. Biz də hər zaman birlikdə məhəbbəti bayram edək. Biz onsuzda məclislərimizin əksəriyyətində Əhli-beyt məhəbbətindən danışırıq. Gəlin birlikdə məclislər təşkil edək. Suriyada əhli-sünnət, şiə gənclərinin özlərini müsəlman sünni qonşularının namuslarını qorumaq üçün fəda etdiklərini gördükləri zaman, o əhli-sünnə gənc də gəlib Həzrəti Zeynəbin (s.ə) hərəmini, Samirəni qoruyur. Bunlar düşmənin təfriqə üçün qoyduğu bu qədər sərmayəyə rəğmən gerçəkləşən möcüzələrdir”.

Höccətül- İslam nəql edir ki, İraqda, Ərbəində əhli-sünnə qardaşlarımızı imam Hüseyn (ə) eşqinə xatir xidmət etdiklərini görürdü: “Deyirdilər ki, Peyğəmbərimizin nəvəsidir, zülmlə öldürülmüşdür, bizim ona ehtiramımız var. Deyirdim ki, əhli-sünnət olduğunuzu bildirin. Cavabında yox söyləməyin deyirdilər. Şiələr bizim əhli-sünnə olduğumuzdan narahat qalarlar və xidmətlərimizi qəbul etməzlər. Onlar imam Hüseyn (ə) üçün ixlasla xidmət edirdilər. Tək bir qəlb olmağın zamanı artıq gəlmişdir”.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031