Bu gün İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günüdür
Mьəllif: admin1
Tarix: 4-06-2022, 10:27
Bu gün İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günüdür
Bu gün, 4 iyun, İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) vəfatının ildönümü gününə təsadüf edir.

32 il öncə belə bir gündə İran İslam İnqilabının dahi memarı Ruhullah Musəvi Xomeyni (rə) 87 yaşında vəfat etdi.

İmam Xomeyni (r.ə) şahlıq rejiminə və ABŞ-ın İranın daxli işlərinə müdaxiləsinə qarşı mübarizələrinə 1342-ci hicri şəmsi ilində başladı və şah tərəfindən öncə Türkiyəyə daha sonra isə İraqa sürgün edildi.

İmam Xomeyni (r.ə) İraqda sürgündə olduğu 13 il ərzində şahlıq rejiminin pozğun mahiyyətinin ifşa edilməsi üzrə bir çox səylər həyata keçirdi və ABŞ-ın İranla bağlı qanunsuz istəklərini ifşa etdi.

İmam daha sonra Fransaya mühacirət edir və öz mübarizələrinə Fransada davam edir. Bu mübarizələr 1357-ci ildə qələbə ilə nəticələnir.

İslam İnqilabının qələbə çalmasından sonra super güclərin destruktiv hərəkətlərinə habelə, daxili və xarici düşmənlərin fitnələrinə o cümlədən Səddam rejimi tərəfindən İrana qəbul etdirilən müharibəyə rəğmən, İmam (r.ə) İran xalqına bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün məharətlə və müdrikliklə rəhbərlik etdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930