Şəhid Bədrəddinin ailəsi Ayətullah Xamenei ilə görüşüb - FOTO
Mьəllif: admin1
Tarix: 27-05-2016, 11:42
Bцlmə: Xəbərlər
Şəhid Bədrəddinin ailəsi Ayətullah Xamenei ilə görüşüb - FOTO
Hizbullah hərbi qanadının komandiri şəhid Seyyid Mustafa Bədrəddinin (Zülfüqar) ailəsi ötən gün günün ikinci yarısında Ali Rəhbər Seyyid Əli Xamenei ilə görüşüb.

Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei şəhid Bədrəddinin şücaət və igidliyindən danışıb və bildirib ki, bu əziz şəhidin polad kimi möhkəm şəxsiyyəti haqqında çox eşitmişdim... Allah Taaladan o şəhid üçün ən uca dərəcəni və siz şəhid ailəsi üçün səbr diləyirəm....

“Sizin ailəniz şəhid ailəsidir. Təkcə şəhid Bədrəddinin ailəsi deyil, İmad Muğniyə, oğlu və digər şəhidlərin ailəsi , sizin ailəniz Şəhadət ailəsidir. .... Livan Hizbullah və müqavimət üzvlərinin bərəkətindəndir ki, nümunə bir əraziyə çevrilib. Həqiqətən bu qədər mömin və xalis bəndələrin olduğu az ərazi tanıyırıq. Baxmayaraq ki, coğrafiya baxımından Livan ərazisi balacadır, lakin məna baxımından bölgədə ən üstündür. Bu sizin şəhidlərinizin qanının bərəkəti ilə əldə olunub. Bu şəhidlərin qanı çox təsiredicidir. “

Şəhid Bədrəddinin ailəsi Ayətullah Xamenei ilə görüşüb - FOTO


Görüş çərçivəsində Ayətullah Xamenei öz üzüyünü şəhid Bədrəddinin oğlu Əli Bədrəddinə hədiyyə etdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930