Avstraliyada ilk müsəlman qadın hakim işə başladı
Mьəllif: admin1
Tarix: 27-04-2016, 11:35
Bцlmə: Xəbərlər
Avstraliyada ilk müsəlman qadın hakim işə başladı
İslamazeri.az “The Age” portalına istinadən xəbər verir ki, Şri-Lankadan olan Urfa Masud adlı müsəlman xanım, Avstraliyanın Viktoriya ştatında magistrar məhkəməsinə hakim təyin edilib. Və beləliklə hicablı xanım ilk dəfə bu kimi vəzifə tutacaq.

Avstraliyanın Ədliyyə naziri Pakula Martin yeni vəzifəsi münasibəti ilə müsəlman-xanımı təbrik edərək, onun “cinayətə və ailə hüququ” sahəsində böyük rol oynadığını söyləyib.

“Xanım Masud cinayət hüququ, uşaq və ailə hüquqlarının müdafiəsi sahəsində böyük təcrübəyə sahib olub. Həmçinin Avstraliya aborigenlərinə (yerli əhalisinə) hüquqi yardım göstərən təşkilatda da böyük təcrübəyə malikdir. Və bu təcrübələr onun hakim kimi işləməsində əvəzsizdir.”, – deyə Ədliyyə naziri bildirib.

"Aborigen Legal Servis"in(hüquq şirkəti) rəsmisi Annette Vickery də, Urfa Masudu təbrik edərək, yerli əhalini anlayan birinin bu vəzifəyə təyin edilməsini təqdir edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930