Darçın, hil, sarıkök və sarımsağın koronavirusa qarşı rolu
Mьəllif: admin1
Tarix: 27-01-2021, 21:33
Darçın, hil, sarıkök və sarımsağın koronavirusa qarşı rolu
KOVID-19 insanı qoxu və dad duyğusundan uzun müddət məhrum edə bilər, lakin bu hisslər geri qaytarıla bilər.

Həkim Aleksandr Budikin sözlərinə görə, müəyyən məşqlər xəstəliyin bu cür nəticələrindən əziyyət çəkən insanlara kömək edə bilər.

Məsələn, 20 saniyə ərzində istənilən nisbətən kəskin ətiri daha sonra başqa bir ətiri qoxulamağa çalışmaq lazımdır.

"Deyerler.org"un gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, həkim, koronavirus zamanı ağız suyunun tərkibinin dəyişdiyini və bu səbəbdən dad maddələrinin daha sürətli məhv olaraq, dad bilmə reseptorlarına çatmadığını söyləyir.

İkinci nəzəriyyəyə görə, qoxu və dad bilmə reseptorları zədələnir və onların bərpası müəyyən vaxt tələb edir, bu bir neçə gündən aylara qədər davam edə bilər.

Həkimin dediyinə görə, dad bilmə zamanı məlumatları ötürən sinir və məlumat ötürücüləri də zədələnə bilər. Budik bildirir ki, dad bilməni tez bir zamanda bərpa etmək üçün hər gün məşq etmək lazımdır.

Bunun üçün iti qoxusu olan sarımsaq, darçın, sarıkök, hil kimi komponentləri hər gün 20 saniyə ərzində qoxulamaq lazımdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930