Yuxuda insanı boğan nədir?
Mьəllif: admin1
Tarix: 19-09-2019, 18:49
Yuxuda insanı boğan nədir?
Alimlər insanın yuxu zamanı hiss etdiyi qorxular haqda danışıb. Demək olar ki, böyüklərin 8% yuxu zamanı qorxu hiss etdiyini bildirib. Əsas əlamətlər gecə vaxtı qəfildən oyanma, hər hansı qüvvənin insana fiziki təzyiqi və insanın hərəkət edə bilməməsidir.

"Deyerler.org"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bəzi insanlara elə gəlir ki, onların sinəsində kimsə oturub və onu boğur. Həkimlər isə, bunu yuxu iflici adlandırır. Belə vəziyyət xroniki yorğunluqdan, stressdən və yuxusuzluqdan əmələ gəlir.

İnsanlar bunu belə xatırlayır: “Gecə oyanıram, gözlərim açıqdır lakin tərpənə bilmirəm. Köməyə çağırıram, lakin məni heç kəs eşitmir. Var gücümlə qışqırsam da, səsim həddindən artıq zəif gəlir, demək olar ki, eşidilmir. Bədənimlə heç bir hərəkət edə bilmirəm. Yanımda adam olsa da, ona bir işarə edib bir söz deyə bilmiriəm”;

“Bu məndə bir dəfə olmuşdur. Yanüstə yatmışdım, birdən oyandım, lakin tərpənə bilmirdim və mənə elə gəlirdi ki, kimsə bütün vücuduyla məni sıxaraq saxlayıb. Bu hal 10-20 saniyə qədər çəkdi”.

Belə məlumatlar olduqca çoxdur. ABŞ tədqiqatçıları 10 ildir ki, belə məlumatları toplayan sayt yaratmışdır. Onların fikrinə görə, yuxu iflicindən adətən 28%-dən çox tələbələr və güclü stress yaşamış insalar əziyyət çəkir. Bəzi hesablamalara görə, böyüklərin təxminən 8% həyatlarında ən az bir dəfə bu vəziyyətlə rastlaşıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930