Novruz bayramında Əhli-Beytlə (ə) beyətimizi təzələyək
Mьəllif: admin1
Tarix: 20-03-2023, 18:37
Novruz bayramında Əhli-Beytlə (ə) beyətimizi təzələyək

Baharın ilk günləri xüsusi təravətə malikdir və ilin başqa fəsillərinin günlərindən fərqlənir. Sanki təbiət yeni can əldə edir və həyat yenidən başlayır. Bahar sadəcə gül və ağaclar deyildir, əslində sərhədləri daha da genişdir.

Bahar bərəkətli və dəyərli fenomenlərdəndir ki, sanki təbiətə yeni ruh verər və dirilməsinə və canlanmasına səbəb olar.

İmam Sadiq (ə) buyurur: “Novruz günü – həmin o gündür ki, Peyğəmbər (s) Qədir-Xumda Əmirəl-möminin (ə) üçün beyət aldı və hamı onun vilayətini etiraf etdi. Xoş olsun o kəsə ki, (onun vilayətinə) sabit qalar, vay o kəsə ki, (əhdi) pozar”.

Bəli, Novruz – vilayət bayramıdır. Novruz – o gündür ki, Peyğəmbər (s) Qədir-Xum səhrasında İmam Əlinin (ə) əlini tutdu və yuxarı qaldırdı. Onu müsəlmanların rəhbəri kimi tanıtdı.

Əllamə Məclisinin hesablamasına görə Qədir-Xum bayramı şəmsi ilinin son günlərinə təsadüf edir və əgər qəməri ilindəki günlərin fərqlənməsini nəzərə alsaq, bu hadisənin Novruz bayramına düşmək ehtimalı mövcuddur.

İmam Sadiq (ə) buyurur: “Hər kəs gözəl üslubun banisi olar, ona əməl edənin mükafatı kimi mükafatı olar. Həmçinin Qiyamətə qədər ona əməl edənlərin mükafatından bəhrələnər, onu yerinə yetirənlərin mükafatından bir şey azalmayaraq”.

Ona görə də əgər insan bir sünnəti dirçəldə bilərsə və ya cəmiyyətdə gözəl bir üslub yaya bilərsə, ona əməl edənlərin savabına şərik olar. Baxmayaraq ki, bu sünnətə əməl edənlərin savabından heç nə azalmaz, ancaq o da Qiyamətə qədər ona əməl edənlərin savabına çatar.

Ona görə də baharın ilk gününü vilayət günü adlandıraq və bu gələcək nəsil üçün də gözəl bir sünnət olsun. Bu bayram sayəsində Əmirəl-möminin (ə) ilə beyətimizi təzələyək və yeni ilə onun dəstəyi ilə başlayaq.

Beləliklə deyə bilərik ki, Novruz – mübarək bayramdır. Sadəcə ona görə yox ki, təbiət dirçələr və ağaclar çiçəklənər. Həm də Həzrət Peyğəmbərin (s) qönçə üzünün bahar simalı Əmirəl-möminin (ə) üzünə gülməsinə görədir.

Gəlin builki Novruz bayramını mələklərlə bir yerdə qeyd edək və dilimizi, üzümüzü Əmirəl-möminin (ə) ətri ilə ətirləndirək. Bu cümləni zümzümə edək: “Həmd olsun Allaha ki, bizi Əmirəl-möminin (ə) və Məsum İmamların (ə) vilayətinə asılmışlardan qərar vermişdir”.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930