Qənaəti həyatımızın əsil meyarına çevirməyi bacarmalıyıq
Mьəllif: admin1
Tarix: 27-02-2016, 20:01
Qənaəti həyatımızın əsil meyarına çevirməyi bacarmalıyıq
Elmi hövzənin müəllimlərindən olan hüccətil-İslam Nasiri deyir: “Qənaət – gözəl sifətlərdən biri olub, əxlaqın fəzilətlərindəndir ki, İslam məktəbi ona xüsusi diqqət göstərir. Çünki xoşbəxt ailənin bünövrəsi qənaətlə qurular.
İnsanın ehtiyac duyduğu şeylə kifayətlənməsinə səbəb olan şey – qənaətdir. İnsan hər nə qədər həddi aşmaqdan uzaq olar və nəfsini az şey istəməyə təmrin etdirərsə, həyatının bərəkətli olmasına şahid ola bilər.
Qənaətli olmaq insan həyatına maddi və mənəvi bərəkətlər gətirər ki, hər biri öz növbəsində diqqətə layiqdir.
Həzrət Əlinin (ə) buyurduğuna görə, ən pak həyat – o həyatdır ki, orada qənaət olar. Bu kəlamdan belə nəticə çıxartmaq olar ki, qənaət ailə üzvlərinin hüzurlu olmasında böyük rola malikdir. Çox təəssüf ki, bu gün maddiyyat insan həyatının xoşbəxtlik meyarına çevrilmişdir. O kəslərin ki, pulu və çoxlu malı vardır – xoşbəxt hesab olunur. O kəslərin ki, pulu yoxdur – sanki aləmlərin bədbəxtidir. Görəsən həqiqətən pul xoşbəxtlik meyarı olmalıdır?
Allah Təala Qurani-Kərimdə təyyibə və pak həyatı qənaətdə və Allahın təqdir etdiyinə razı olmaqda görür. Bu gün çox təəssüf ki, ailələrin bir çoxu qənaətin olmamasına görə büdrəyir. Ona görə də insanlar nəyin bahasına olursa-olsun mənfəətə çatmaq istəyir ki, rahatlıqlarını heç bir şey poza bilməsin. (Tebyan)
Həsəd və hərislik o kəslərin sonudur ki, həyatlarında qənaət etməzlər. Həyatın maddiyyatına o qədər qərq olublar ki, hər an sərvətlərini artırmağı düşünürlər və onların bu susuzluğu sirab olmaz. O zaman gözlərini açarlar ki, bu sərvətdən rahatlıqları üçün istifadə edə bilməyiblər. Daima onu əldə etmək üçün çətinlik içində olublar. Ona görə də qənaəti həyatımızın əsil meyarına çevrilməyi bacarmalıyıq”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930