Xanımlar həzrəti Fatimənin (s) bu hədisini oxusunlar
Mьəllif: admin1
Tarix: 25-02-2016, 21:01
Xanımlar həzrəti Fatimənin (s) bu hədisini oxusunlar
Həzrəti Fatimə qadınlar üçün bütün zəminlərdə bir nümunədir. Xüsusilədə evli xanımlar üzləşdiyi məşəqqətlər və acılar zamanı o xanımın həyat tərzinə baxmalı və öyüd nəsihət götürməlidir.
Onun atası əmlak toplamaq üçün böyük fürsətlərə malik idi. Fəth edilən ölkələr və ərazilərdən tutmuş ona edilən bəxşişlərə qədər. Bununla onun və sülaləsinin qiyamətə qədər sərmayəsi ola bilərdi. Amma peyğəmbər bunu etmədi. Onun peyğəmbərlik missiyası da bundan ibarət idi.
Məhəmməd peyğəmbərin (s) qızı həzrəti Fatiməyə (s) verə bildiyi də o zaman mədaxili orta həddə olan ailə səviyyəsində belə deyildi. Həzrət Fatimə (ə) elə həyatının ilk illərindən kasıblığa alışmışdı. O həzrət Əli ibni Əbu-Talibin evinə gedəndə də belə yaşadı və belə tarixə düşdü. Onun öz toyu zamanı gəlinliyini sailə bağışlaması, oruc ola ola, evdə qalan son tikəsini aca verməsi tarixə düşüb.
Həzrəti Fatimə qadınlar üçün bütün zəminlərdə bir nümunədir. Xüsusilədə evli xanımlar üzləşdiyi məşəqqətlər və acılar zamanı o xanımın həyat tərzinə baxmalı və öyüd nəsihət götürməlidir.
Tarixi hədislərə əsasən, İmam Əli öz evinin tələbatını təmin etmə məsələsində üzləşdiyi çətinliklər zamanı həzrəti Fatimə həmişə ona ürək dirək verərmiş ki bu da hazırda çox az ailələrdə riayət edilir. Ev daxilində xanımların ərə ürək dirək verməsi yaxud da onu qazanc gətirməkdə bacarıqsız adlandırması, kişinin halal ya da harama getməsinə zəmin yaradan əsas amillərdəndir.
Şeyx Tusi əl-Əmali əsərində həzrəti Fatimədən mədaxili az olan evdar xanımlar barədə hədisi belə nəql edir
“Ey Əbəl-Həsən (İmam Əli) Mən Allahdan xəcalət çəkirəm ki gücün çatmadığın (qazanc) məsələlərdə sənin boynuna ağır yük qoyum”.İslaminSesi\
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031