Fatimənin (s.ə) həyat yoldaşı ilə davranışından bir nümunə.
Mьəllif: admin1
Tarix: 1-01-2021, 11:20
Fatimənin (s.ə) həyat yoldaşı ilə davranışından bir nümunə.

Əbu Səid Xudradan nəql olunur:

Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:

–Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb.

Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.

Əli(ə.s) buyurdu:

– Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?

Fatimə (s.ə) belə cavab verdi:

– Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim.

Ev və çöl işlərinin bölünməsi.

«Qərbül-əsnad» adlı kitabda İmam Sadiqin (ə.s) İmam Baqirdən (ə.s) eşitdiyi hədis qeyd olunur:

Bir gün həzrəti-Əli(ə.s) ilə Fatimə (s.ə) ev və çöl işlərini öz aralarında bölüşdürməkdən ötrü Peyğəmbərin (s) yanına gələrək onların arasında qəzavət etməsini xahiş etdilər. Peyğəmbər (s) ev işlərini Fatimənin (s.ə), çöl işlərini isə Əlinin (ə.s) öhdəsinə qoydu. Fatimə (s.ə):

"Təkcə Allah şahiddir ki, mən bu bölgüdən necə xoşhal və razıyam, çünki Allahın Rəsulu (s) mənə elə iş tapşırdı ki, mənim daha evdən bayıra çıxmağıma ehtiyac yoxdur və naməhrəmlərin gözündən uzaq olacağam", – deyə buyurdu.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930