Elm üstündür yoxsa mal?, İmam Əlidən (ə) möhtəşəm hədis
Mьəllif: admin1
Tarix: 20-02-2016, 17:04
Elm üstündür yoxsa mal?, İmam Əlidən (ə) möhtəşəm hədis
“Ey Kumeyl! Elm mal və sərvətdən üstündür, Elm səni qoruyur, halbu ki sən mal və sərvəti qoruyursan. Elm paylamaqla artır, amma mal paylamaqla azalır və bitdikdə sahiblərinin də sonu çatır...."
İnsanın sahib olduğu hərbi şey ona imtiyaz gətirməz. Əksinə bəzən onun məsuliyyətini də artırar. Məsuliyyətli olduğu məsələdə isə bu və o dünyada cavab verməli olacaq.
İnsanların imtiyaz bildirkləri sərvət bəzən kimlərinsə canı bahasına başa gələ bilər. Bu halların tarixdə dəfələrlə baş verdiyinin şahidi olmuşuq. Saysız hesabsız fatehlər imperatorlar və karlların adını sadalamaq olar ki, kürsüsünə dikilən gözlər onları terror edibdir. Bu terrorların elə yaxın insanlar tərəfindən həyata keçirilməsi fani dünyanın ən sarsıdıcı zərbələrindən biridir.
Əksinə bəzi imtiyazlar isə insanı qoruyur, onu cəmiyyətdə möhtərəm insan kimi formalaşdırır, ruzisini təmin edir və hətta sərvət sahibi olmasına zəmin yaradır
İmam Əli (ə) yaxın səhabələrindən biri Kumeyl ibni Ziyada deyir:
“Ey Kumeyl! Elm mal və sərvətdən üstündür, Elm səni qoruyur, halbu ki sən mal və sərvəti qoruyursan. Elm paylamaqla artır, amma mal paylamaqla azalır və bitdikdə sahiblərinin də sonu çatır. ..... İnsan elmin vasitəsilə bu dünyada Allaha itaət edir, vəfatından sonra isə onu xoş xatirələrlə yad edirlər. Elm hakim,sərvət isə məhkumdur (məsuliyyət gətirir)
Hz Əlidən elmin sərvətlə müqayisədə üstünlüyü barədə nəql edilən hədis başqa formada da hədis kitablarında gəlibdir:
"On nəfər öz aralarında məsləhət edib qərara gəldilər ki, ayrı-ayrılıqda Həzrət Əlinin (ə) yanına gedib ona eyni sualı versinlər. Əgər Əli (ə) hamının sualını eyni cür cavablandırsa, deməli, onun elmi azdır və imamətə layiq deyil.
Yox, əgər hər kəsə o birindən fərqli cavab versə, deməli, Peyğəmbərin: “Mən elmin şəhəriyəm, qapısı isə Əlidir” kəlamı doğrudur.
Birinci adam Həzrət Əlinin (ə) yanına gəlib soruşdu: “De görüm, elm daha üstündür ya mal-dövlət?”. Həzrət cavab verdi: “Elm mal-dövlətdən üstündür. Çünki elm peyğəmbərlərin mirasıdır. Mal-dövlət isə fironun, Qarunun və Şəddadın mirasıdır”.
Ikinci adam da gəlib eyni sualı verdi. Əli (ə) onun sualını belə cavablandırdı: “Elm maldan üstündür. Çünki elm səni qoruyar, mal-dövləti isə sən özün qorumalısan”.
Üçüncü adamın sualına imamın cavabı belə oldu: “Elm mal-dövlətdən üstündür. Çünki alimin dostları çox olar, sərvətlinin isə düşməni”.
Dördüncü adam da elmin yoxsa sərvətin üstün olduğunu soruşanda Əli (ə) buyurdu: “Elm sərvətdən üstündür. Çünki elm xərcləndikcə (başqalarına öyrədildikcə) çoxalar, sərvət isə xərcləndikcə azalar”.
Beşinci adam eyni sualla müraciət edəndə Imam belə cavab verdi: “Elm sərvətdən üstündür. Çünki varlı adama paxıl və simic deyirlər. Amma elmli adama ehtiram göstərirlər”.
Altıncı adamın sualının cavabı bu şəkildə oldu: “Elm maldan üstündür. Çünki oğrular malı apara bilərlər, elmi isə heç kim səndən oğurlaya bilməz”.
Yeddinci adam öz sualının cavabında Əlidən (ə) bunu eşitdi: “Elm sərvətdən üstündür. Çünki zaman keçdikcə mal köhnəlir, çürüyür ya paslanır, dəyərdən düşür. Amma elm üçün bu təhlükə yoxdur”.
Səkkizinci adamın cavabı bu şəkildə verildi: “Elm daha yaxşıdır. Çünki mal-dövlət yalnız bu dünyada insanla birlikdə olar və ona xeyir verər. Amma elm isə həm bu dünyada, həm də axirətdə insana fayda gətirər”.
Doqquzuncu şəxsin cavabı da o birilərdən fərqli oldu: “Elm mal-dövlətdən üstündür. Çünki mal-dövlət insanın qəlbini daşlaşdırar, elm isə yumşaldar”.
Nəhayət, onuncu adam elmin yoxsa malın üstün olduğunu soruşanda Həzrət Əli (ə) buyurdu: “Əlbəttə, elm daha üstündür. Çünki mal-dövlət öz sahibinə təkəbbür və mənəm-mənəmlik gətirər, hətta bəzi sərvətlilər allahlıq iddiası edərlər. Amma elm adamı təvazökar və başıaşağı olar”.İslaminSesi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930