Nə üçün İmam Zaman(ə)-ın zühuru üçün dua etməyimiz təkid olunur?
Mьəllif: admin1
Tarix: 17-02-2016, 10:58
Nə üçün İmam Zaman(ə)-ın zühuru üçün dua etməyimiz təkid olunur?
Sual: Allahın qəza və qədərinin dəyişməməsinə inanıldığı halda duaların məzmununun çoxu zühurun tezləşməsi üçündür. Yəni Allahın bütün əmrlərinin yerində və hikmətlə olduğuna hamının inancı vardır. Belə olan halda zühurun tezləşməsi üçün duaya ehtiyac varmı?

İlk olaraq bunu qeyd edək ki, İlahi təqdirə razı olmaq hamımızın ümdə vəzifəsidir. Amma göstəriş verilmiş əməlləri yerinə yetirməklə və ya daha çox dua etməklə İlahi məsləhət əsasında bir sıra İlahi təqdirləri arzu etdiyimiz şəkilə dəyişə bilərik. O cümlədən Qədr gecəsinin əməllərini yuxarıdakı cümləyə nümunə olaraq gətirmək olar. Belə ki, o gecənin əməlləri bir başa bizim mütləq və müəlləq(dəyişmək qabiliyyəti olan və baş verəcəyi mütləq olan əcəl və tale) təqdirimizlə əlaqədardır. Çünki, Qədr gecəsinin əməllərindən biri “Allaha çoxlu dua etmək və sədəqə verməklə daim bizə yaxın olan əcəli xeyir bərəkətlə əvəz edərək uzatmaq”dır. Buna əsasən biz zamanın yalnız Allaha məxsus olmasına baxmayaraq daim baş verə biləcək olan zühur üçün dua etməliyik. Yəni fərəcin zamanının Allaha aid olması bizi dua etməkdən və onun təcilini istəməkdən çəkindirməməlidir. Bundan əlavə hadisələrin baş verəcəyindən xəbərsiz olmağımız bizim dua və sədəqədən imtina etməyimiz üçün dəlil deyildir. Xülasə biz dua etməklə İmam Mehdinin(əccəlallahu fərəcəhum) zühurunu tezləşdirə və zühurun müqəddimələrinin qurulmasında təsirli ola bilərik. Bu sözümüzə məsumlardan olan hədisləri, duaları və həmçinin İmamın Sadiq(əleyhissəlam) naiblərinin İmam tərəfindən göstərişlərini misal gətirə bilərik.

Yuxarıdakı qeyd etdiklərimizə əsasən hər birimizin dua və istəyi İmamın fərəcinin yaxınlaşması və İlahi təqdiri öz proqramı əsasında həyata keçməsi üçün təsirli olmasını sübut edir. Əgər bəziləri bunu “tələskənklik” kimi qiymətləndirsələr də bunun tələskənliklə ciddi fərqi vardır. Çünki bizim dualarımız zühur üçün müəyyən olunmuş zühurdan öncəki müqəddimələrin qurulmasında, əsas və tam səbəbin vücuda gəlməsində təsirlidir. Nəticə isə öz proqramı əsasında baş verir. Tələskənlik prinsipində isə müəyyən predekatları natamam keçərək hədəfə doğru irəliləsə də istədiyi nəticəni ala bilmir. Çünki istənilən nəticə alınsa bunun adı “tələskənlik” deyil,“uğur” olmalı idi.islaminsesi.org


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930