Zəkanı gücləndirən qəhrəman qidalar
Mьəllif: admin1
Tarix: 13-02-2016, 19:04
Zəkanı gücləndirən qəhrəman qidalar
Aşağıda görəcəyiniz siyahını soyuducunun qapağına asmaqda fayda var. Quru yemişdən qırmızı soğana, kartofdan üzümə qədər heç bilmədiyimiz bir çox qida yaddaş üçün çox xeyirlidir.

İnsan hər vəziyyətdə yaradıcı düşünməyə, onu daha çox inkişaf etdirməyə və beynini gücləndirməyə məcburdur.

Çiyələk ağıl itirməni gecikdirir
Çiyələk tərkibində olan fisetin adlı maddə sayəsində zehnin daha çox və səmərəli işləməsini təmin edir. Bununla yanaşı, uzunmüddətli yaddaş itkisinin təsirlərini azaldıb, ağlını itirməni gecikdirir.

Acı şokolad beyinə oksigen daşıyır
Acı şokoladın tərkibində çoxlu miqdarda olan maqnezium və antioksidantlar beyinə oksigen daşıyaraq, beynin daha fəal işləməsini təmin edir. Mütəxəssislər sınaqlardan, çıxışlardan əvvəl acı şokolad yeyilməsini tövsiyə edir.

Buğda B vitamini mənbəsidir
Əhəmiyyətli B vitamini mənbəyi olan taxıllar, qan şəkərini tarazlaşdıraraq beynin işləməsini təmin edir. Yeməklərdə tam buğda çörəyindən istifadə faydalı olur.

Kartof zehnin səmərəli işləməsini təmin edir
Kartof qan şəkərini yavaş və balanslı bir şəkildə qaldıraraq, zəkanın daha səmərəli işləməsinə imkan verir. Ancaq yağda qızardılan kartof bu xüsusiyyətlərini itirir.

Quru yemişlər unutqanlığı azaldır
Qoz, fındıq, kaju, badam, yer fıstığı, günəbaxan, küncüt, kətan toxumu kimi E vitamini baxımından zəngin olan quru yemişlər, tərkibində olan yağ turşuları sayəsində unutqanlıqla döyüşən qəhrəmanlar arasındadır. Tövsiyə edilən miqdar isə hər gün bir ovucdur.

Qatıq diqqəti gücləndirir
İçində olan tirozin adlı maddə yaddaşı gücləndirib, beyni xəbərdar edir. Bunun sayəsində beyin məşğul olduğu məsələyə daha çox diqqət yetirməyə başlayır.

Üzüm problem həll etməyi asanlaşdırır
Üzüm və üzüm suyu dopamin miqdarını artıraraq, problemləri daha tez həll etməyimizi təmin edir, bu bacarığımızı gücləndirir.

Təzə lobya
Təzə lobya lif və proteini bir yerə cəmləyən nadir yeməklərdən biridir. Mütəxəssislər bunun xüsusilə uşaqlarda daha təsirli olduğunu, zəkanın inkişafına təsir etdiyini vurğulayırlar.

Qırmızı soğan yaddaşı gücləndirir
Qırmızı soğan yaddaşı inkişaf etdirən və unutqanlığın qarşısını alan quercetin adlı komponent baxımından zəngindir. Eyni zamanda güclü fol turşusu mənbəyidir.

Qırmızı və narıncı tərəvəzlər beyin sağlamlığına yardım edir
Xüsusən pomidor, yerkökü və qırmızı istiotda olan antioksidant beynin daha uzun müddət sağlam qalmasını təmin edir.

Qızıl balıq omega-3 mənbəyidir
Balıq istehlakı ümumi olaraq xeyli sağlam qidalanmadır. Ancaq omega-3 baxımından çox zəngin olan qızıl balığın zəka inkişafı üçün ayrı bir yeri var. Bunun sayəsində qızıl balıq həm beyinin qorunması, həm də yaddaşın gücləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Yağsız qırmızı ət
Yağsız qırmızı ət dəmirlə zəngindir. Xüsusilə sağlam qırmızı qan hüceyrəsi üçün əvəzolunmaz mənbədir. Bu şəkildə də beyin inkişafı üçün böyük xeyir verir.

Qaragilə stressdən müdafiə edir
Nizamsız qidalanma, həddən artıq gərgin idman, stress və yorğunluq kimi amillərin ortaya çıxardığı "oksidativ" adı verilən stress növü, yaddaşın funksiyalarına son dərəcə mənfi təsir göstərir. Qaragilə buna qarşı güclü müdafiəçidir. Bundan başqa, xüsusilə yaşla əlaqədar yaranan unutqanlığın gecikdirilməsinə də böyük faydası var.faktxeber.com/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930