Yalan danışmaq – cəhənnəm əhlinin işidir
Mьəllif: admin1
Tarix: 13-02-2016, 19:01
Yalan danışmaq – cəhənnəm əhlinin işidir
Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və cəhənnəm əhlinin işindən sual verir. Peyğəmbərimiz (s) buyurur: “Yalan danışmaq. Əgər cəhənnəm əhli düz danışan olsaydı, cəhənnəm atəşindən yanmazdı. Yalançı öz pərdəsini çırar. Haqdan uzaq olar və çoxlu günahlara bulaşar. O kəs ki, belə olar – Allahın qəzəb atəşi onun intizarında olar”.
İmam Sadiq (ə) buyurur: “Yalançı olmaq üçün elə bu bəsdir ki, insan eşitdiyi hər şeyi nəql edər”.
İnsan gün ərzində çox sayda xəbər eşidir və bu xəbərlərin hamısının düz olması mümkün deyildir. O kəs ki, hər nə eşidir nəql edir aqil insanların yanında dəyərsiz olar. (Tebyan)
Yalançının əzabı.
Həzrət Peyğəmbər (s) buyurur: “Dünən gecə bir kişini yuxuda gördüm ki, mənim yanıma gəlib deyir: “Qalx”. Mən ayağa qalxdım. İki nəfəri gördüm ki, biri dayanıb və əyləşənin ağzına dəmir millər salır və o qədər itələyir ki, iki çiyninin ortasına çatsın. Sonra çıxardıb ağzının o biri tərəfinə salır. Bu tərəfi də o biri tərəf kimi parçalayır. Məni hərəkət etdirən kəsdən soruşdum: “Niyə ona əzab verirlər?”. Dedi: “Bu kişi yalançıdır və Qiyamət gününə qədər qəbirdə bu cür işgəncə edərlər””.
İnsanın ən üstün fəziləti danışmasıdır və əgər onun danışdığı söz yalan olarsa, bu zaman heç bir fəziləti qalmaz və heyvandan da alçaq hala düşər.
Yalandan and içmək.
Çoxlu and içmək yaxşı iş deyildir. And içdiyi müqəddəs Varlığı yüngül hesab etməkdir. Əgər and yalan olarsa, çirkindən də çirkin olar.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, öz malını yalançı and verərək satar, o kəslərin zümrəsindən olar ki, Allah Təala Qiyamət günü onunla danışmaz. Ona rəhmət nəzərini salmaz və əməlini qəbul etməz”.

/Deyerler.org/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930