İslama görə alicənab adamın bu xüsusiyyətləri olmalıdır
Mьəllif: admin1
Tarix: 11-02-2016, 10:17
İslama görə alicənab adamın bu xüsusiyyətləri olmalıdır
“Bu 3 xislət kimdə olsa, o, alicənab və ağa olar: Qəzəbini boğmaq, pislik edəni bağışlamaq, can və malla qohum-əqrəba və dost-aşnanı yad etmək”
İslaminSesi.org - Alicənablıq bəzən dinsiz bir insanda da ola bilər. Sadəcə olaraq, dinə və Allaha etiqadı olmayan alicənab birisinin niyyətinin pak və riyakarlıqdan uzaq olması qaranlıqlı məsələ kimi qalacaq. Belə ki Allaha etiqadı olmayan alicənab şəxs qarşı tərəfin nəzərinə cəlb etmək üçün, ona təsir etmək, ondan hər hansı bir mənfəətin umması üçün bu addımı ata bilər.
Lakin mömin bir insanın alicənablığı riyakarlıq və nümayişkarlıq deyil. O, yalnız Allahdan əcr umaraq, kiməsə qarşı alicənablıq edib güzəştə gedir və əfv edir.
Tuhəful-Uqul əsərində İmam Sadiqdən alicənab insanlar haqqında bir hədis qeyd edilib. Bu hədis islam dininin gözündə alicənab adamın hansı şəkildə təsvir edildiyini təcəssüm etdirir
“Bu 3 xislət kimdə olsa, o, alicənab və ağa olar: Qəzəbini boğmaq, pislik edəni bağışlamaq, can və malla qohum-əqrəba və dost-aşnanı yad etmək”
Təbii ki alicənablıq dedikdə bizim cəmiyyətlərdə ilk növbədə xanımlara qarşı lütfkarlıq, ya da növbəmizi kiməsə vermək kimi bəsit və cılız məsələlər yada düşür. Əslində Qərbdə kapitalizm cərəyanının təsirindən alicənablıq özünəməxsus şəkildə formalaşmış və inkişaf etmişdir. İslam, hər dəyərin maddi mənfəət üzərində qurulduğu Qərbin təqdim etdiyi cəmiyyəti bizə təlim etmir. İslam təliminə əsasən, intiqam almağa güc və qüdrətin çata-çata bağışlayıb, günahını unutsan alicənab sayılarsan. İslama görə, pulunun olmadığı zamanda isar edib sədəqə versən alicənab sayılarsan. İslama görə, ehtiyacın ola-ola növbəni kiməsə versən alicənab və ağa sayılarsan.



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031