Ailə xoşbəxtliyiniz bu amillərdən asılıdır
Mьəllif: admin1
Tarix: 10-05-2020, 19:06
Ailə xoşbəxtliyiniz bu amillərdən asılıdır

Heç kəs bədbəxt olmaq üçün evlənməz. Ancaq bəzən etdiyimiz seçimlər elə səmtə yönlənir ki, bizi məyus edir və nakam qoyur.

Evlilikdə elə amillər vardır ki, onların vasitəsilə xoşbəxtliyi təmin etmək olar. Yəni, əgər bu amillər olarsa, evlilik müvəffəqiyyətli olar.

Ancaq evliliyin müvəffəq olması bununla bitməz. Əgər evliliyiniz xoşbəxtdirsə, gərək bu xoşbxətliyi qoruyub saxlaya biləsiniz. Evlilyin xoşbəxt olmasına yardım edən amillər:

1. Şəxsiyyətin sağlam olması. Şəxsiyyətin sağlam olması dedikdə, onun ruhi xəstəliklərdən uzaq olması nəzərdə tutulur. Əgər insanın yaxşı peşəsi və ya evlənmək üçün yaxşı maddi imkanı varsa, ancaq şəxsiyyəti sağlam deyildirsə, o zaman bu evlilik möhkəm olmaz.

2. Əxlaq və mənəvi sağlamlıq. Şəxsiyyətin sağlam olması kimi, əxlaqın da sağlam olması evlilik mövzusunda çox əhəmiyyətlidir. Əgər xoşbəxt olmaq istəyirsinizsə, gərək əxlaqınız da, mənəviyyatınız da sağlam olsun.

3. İctimai və mədəni mövqeyi. Bir insan cəmiyyətdə faydalı ictimai və mədəni mövqeyə malik olmadan evlənə bilməz. Peşə, təhsil və bir sözlə hansı işin sahibi olmaq evlilikdə müvəffəq olacağınıza təsir qoyan amillərdəndir.

Əgər münasib ictimai və mədəni mövqeyə maliksinizsə, yəni ictimai büluğa çatmısınızsa, o zaman evliliyiniz müvəffəq olacaqdır.

4. Ailənin himayəsi. Əgər ailələr bu evliliklə müxalifdirlərsə, siz elə bir döyüş meydanına daxil olmuş olarsınız ki, heç bir zaman oradan çıxa bilməzsiniz. Əgər ailələr bu mövzuda razı olsalar, o zaman ailə həyatı boyu sizi himayə edəcəklər.

5. Müştərək həyatın məharətlərinə malik olmaq. Müştərək həyatın məharətlərinə malik olmaq ailənin davamlı və uzunömürlü olmasına yardım edər. Bu məharətlərə: qərar vermək, məsələni həll etmək, danışmaq məharəti və həmrəy olmaq məharəti daxildir.

6. Maddi çətinlikləri həll etmək. Gərək qəbul edək ki, maddi çətinliklər elə bir problemdir ki, ailə həyatını təhlükə altına salar. Əgər bu çətinliklər uzunmüddətli olarsa, müştərək həyatın bünövrəsini zəiflədə bilər. Ona görə də mənəvi mövzularla yanaşı, maddi tərəflərə də diqqət göstərib onları həll etmək lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930