Abid Bərsisa yolunu necə azdı?
Mьəllif: admin1
Tarix: 23-05-2021, 22:09
Abid Bərsisa yolunu necə azdı?

Qurani-Kərimdə Bərsisa adlı bir abiddən söhbət açılmışdır ki, necə şeytanın tələsinə düşür və imanını əldən verir.

Bu abid Bəni-İsrayildən olmuş və bütün ömrünü Allaha ibadət və itaətdə keçirtmişdir. İbadət və özünü tərbiyə nəticəsində elə bir məqama çatmışdır ki, Allah onun xəstələr, dəlilər və yolda qalmışlarla bağlı dualarını yerinə yetirərdi.

Nə istəsə həyata keçərdi. İnsanlar onun yanına gələr və o, da onlar üçün dua edərdi. Şəfalarını Allahdan istəyərdi və Allah da şəfa verərdi.

Bərsisanın adı və hekayəsi birbaşa Quranda nəql edilməmişdir. “Həşr” surəsinin 1-18 ayələri üstüörtülü şəkildə bu əhvalata işarə edir. Bu ayələr yəhudi tayfası olan Bəni-Nəzirin əhdlərini pozduqları üçün Mədinədən qovulmalarını nəql edir.

Həmçinin bu yəhudiləri Peyğəmbərin (s) əleyhinə təhrik edən münafiqlərdən söhbət açılmışdır. Münafiqləri təsvir edən zaman Quran buyurur: “(Münafiqlərin aldatması) şeytana (onun aldatmasına) bənzəyir.

O insana: «Kafir ol!» – dedi və elə ki, (insan) kafir oldu, dedi: «Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!»”. (“Həşr” 16).

Təfsirçilərin nəzərinə görə, bu insanlar insan cildində olan şeytanlardır ki, başqalarını küfrə tərəf dəvət edir və dünyanın gözəlliklərinə zinət verirlər. Onları yolundan azdırırlar.

Ancaq əksər təfsirçilərin nəzərinə görə, bu ayədə məhz Bərsisadan bəhs edilmişdir. Bəni-İsrayildən olan bu rahib duaları yerinə yetən bir abid idi. Ona görə də şeytan uzun illər boyu onu aldatmağa səy göstərirdi.

Bir gün dəlilik xəstəliyinə düçar olan bir qadını onun yanına gətirirlər ki, şəfa versin. Bərsisadan istəyirlər ki, onu yanında saxlasın. Abid imtina edir, ancaq bu qadının qardaşlarının təkidi ilə yanında qalmağına icazə verir.

Şeytan rahibi vəsvəsə edir və qadını ona gözəl cilvə edir. Bərsisa zina günahına düçar olur və şeytan onu vəsəvəsə edir ki, bu qadını öldürsün və sonra da basdırsın. Rahib də şeytana uyub bu günahın ardınca belə bir ağır cinayəti yerinə yetirir.

Bu cinayətin üstü açılır və Bərsisanı dara çəkirlər. Darın başında olan zaman şeytan onu yenə vəsvəsə edir və ona hədəfinin həqiqətini açıb deyir.

Deyir ki, əgər mənim qarşımda səcdə etsən, səni xilas edərəm. Rahib o halda işarə ilə ona səcdə edir və kafir olur. Şeytan da nəhayət onu kafir etdiyi üçün ondan əl çəkir. Bərsisa da küfr halında dünyadan gedir.

Bəli, Bərsisa da Bələm Baura və İblis kimi uzun illər ibadətdən sonra yolunu azır və kafirlərin dəstəsinə qoşulur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930