Əqəbə və qəntərə - Sirat körpüsünün təhlükəli nöqtələri
Mьəllif: admin1
Tarix: 17-01-2016, 11:03
Əqəbə və qəntərə - Sirat körpüsünün təhlükəli nöqtələri
Qurani-Kərim buyurur ki, Qiyamətdə müxtəlif dayanacaqlar vardır ki, bəzi günahkarların orada saxlanılması dünya tarixi ilə min il çəkəcəkdir. Bəs bu dayanacaqlar dedikdə, məqsəd nədir?
Əmirəl-möminin (ə) öz məşhur vəsiyyətində əziz oğlu İmam Həsənə (ə) buyurur: “Oğlum, bil ki, (öləndən sonra) qarşında ağır keçid vardır, yüngül yükü (günahı az olan) olan insanların vəziyyəti ağır yükü olanlardan daha yaxşıdır. Hər kim dayanaraq oradan keçər, oradan sürətlə keçəndən vəziyyəti daha pis olar. (Dayanacağın) sonu ya behiştdir, ya da cəhənnəm”. (Tebyan)
İslam alimlərinin nəzərinə görə, Qiyamətdən bəhs edən ayələrdə gah “əqəbə”dən, gah da “qəntərə”dən söhbət açılmışdır. “Qəntərə”ni “körpü” kimi, “əqəbən”i isə “keçid” kimi mənalandırmışdılar.
Şeyx Səduq bu mövzuda daha çox zahirə diqqət etmişdir. Bu alim hədislərə söykənərək, buyurur: “Bizim məhşərin yolunda qərar tutan əqəbə ilə bağlı etiqadımız belədir ki, hər biri bir dini vacibatla adlandırılmışdır. İnsan bu yerdən keçməlidir. Nə zaman Allahın rəhməti və yaxşı işlərinə görə onların birindən keçər, o biri əqəbəyə gəlib çatar ki, gərək ondan da keçsin. Bu yolla hər bir əqəbədən keçməlidir. Əks halda cəhənnəmə süqut edər. Adı çəkilən əqəbə Siratın üstündə qərar tutur. Onlardan birinin adı vilayətdir. Bütün məhşər əhli orada saxlanılar və Məsum İmamlarla (ə) bağlı suallar verilər. Siratın ən təhlükəli əqəbəsi Mirsaddır. Allah izzət və cəlalına and vermişdir ki, bu əqədəbə zalımları tutub saxlasın. “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14).
İmam Əli (ə) buyurur: “Əgər Allah zalımlara möhlət versə də, heç bir zaman onları buraxmaz, yollarının üstündə olan tələlərdə onlardan intiqam alar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Siratın üstünə üç qəntərə nəsb edilmişdir: əmanət və qohumlar qəntərəsi, namaz qəntərəsi, İlahi ədalət qəntərəsi. Nə zaman insan ilk iki qəntərədən müvəffəqiyyətlə keçə bilər və İlahi ədalət qəntərəsində qərar tutar, ondan başqalarının haqqına riayət etmək haqqında suallar verərlər. Əgər kiməsə zülm edibdirsə, oradan keçmək haqqı ona verilməz. O zamana qədər ki, cəzalandırılar”.
İbni Abbas nəql edir ki, cəhənnəmdə yeddi dayanacaq vardır və ilk dayanacaqda tövhiddən sual verilər, əgər tövhid haqqındakı əqidəsi kamil olarsa, ikinci dayancağa gedər. Burada ondan namaz haqqında sual verilər və əgər namazını düzgün yerinə yetiribsə, üçüncü dayancağa gedər. Orada zəkatdan sual verilər və ondan sonra növbə oruca gəlib çatar. Beşinci dayanacaqda həccdən sual verilər, altıncıda ümrədən və nəhayət yeddinci dayanacaqda başqalarının haqqına zülm etməkdən sual verilər. Əgər bu dayanacaqdan keçərsə, behiştə daxil olar.
“Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi. Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?! (O) Bir qul azad etməkdir. Yaxud qıtlıq və aclıq günü yemək verməkdir– Qohum olan bir yetimə, və ya yerə sərilmiş bir miskinə! Bunlardan əlavə, iman gətirən və bir-birinə səbir, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
Onlar xeyir-bərəkət və səadət əshabıdır (sahibləridir). Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər). Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb-yandırması çoxdur, çıxış yolu isə bağlıdır)”. (“Bələd” 11-20).
Bəli, bu gözəl surə bizə əqəbədən keçməyin rahat olması üçün yollar göstərir və tövsiyələr verir. Hələ ki, fürsətimiz var, “Bələd” surəsinin bizə verdiyi bu dəyərli tövsiyələri həyata keçirək və Qiyamət günü hesabımızı yüngülləşdirək.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930