Gözlər - şeytanın pusqu yeridir
Mьəllif: admin1
Tarix: 8-01-2016, 21:10
Gözlər - şeytanın pusqu yeridir

Bu şəhər - indiyə qədər gördüyüm ən qəribə şəhərlərdən biridir. Onun forması üçkünc şəklindədir. Kiçik şəhərdir, ancaq qəribədir. Həm gözəldir, həm də təhlükəli. Mənzərələri çox gözəldir, təhlükəlidir ona görə ki, gözəl mənzərləri dərələrdə və təpələrdədir. Hər kəs bu şəhərə girməyə cürət etməz. Çünki həqiqətən təhlükəlidir və hər an insanın başına xoşagəlməz hadisə gələ bilər. Bir çoxları bu şəhərin kənarından keçib getmişdilər və təhlükəli dərələrinə görə ona daxil olmamışdılar. Lakin bəziləri də vardır ki, heç bir qorxu hiss etmədən rahatlıqla bu şəhərə daxil olmuşdular. Bu insanlar ancaq şəhərin gözəlliklərinə tamaşa edirlər, onları gözləyən təhlükədən xəbərdar deyildirlər. (Tebyan)
Bu şəhərin üç məntəqəsi vardır ki, hər birinin də öz adı vardır:
1. Baxış məntəqəsi. Bu şəhərin gözəl mənzərələri çox olduğuna görə çox sayda insanı özünə tərəf cəlb edər. Bu məntəqə naməhrəmə edilən həmin baxış məntəqəsidir. Bu haram baxışlar sahibini fitnəyə çəkər və yolundan azdırar. İmam Sadiq (ə) buyurur: “Göz süzdürmək ürəkdə şəhvət toxumu əkər və bu iş baxan üçün fitnə mənşəyi olmaq üçün kifayətdir”. Başqalarının namusuna baxmaq şeytanın istədiyi bir şeydir. O gözlər ki, naməhrəmə oxlar atar - şeytanın ovladığı yerdir. Şeytan onun gözündən başqalarının namusunu nişan alar. Həzrət Peyğəmbər (s) buyurur: “(Naməhrəmə) baxmaq - şeytanın iti zəhərli oxlarındandır”.
Əmirəl-möminin (ə) buyurur: “Gözlər - şeytanın pusqu yeridir”.
2. Günah məntəqəsi. Bəziləri ki, bu gözəlliyə tamaşa edir, istər-istəməz şəhərin ikinci məntəqəsinə daxil olar.
3. Əxlaqsızlıq məntəqəsi. Bu məntəqə həmin şəhərin ən təhlükəli yeridir. Hər kim ora daxil olarsa, məhv olar. Artıq geriyə yol olmaz və tarix boyu çoxları bu şəhərə daxil olub, öz zillətlərinə imza atmışdılar. Bir ömür peşmançılıq çəkmişdilər ki, kaş həmin şəhərə getməyəydim.
Bəli, bu, günah şəhəridir. “Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar”. (“Furqan” 68).
Zinakar həm dünyada və həm də axirətdə bədbəxt olar. O zaman ki, məhşər səhnəsinə gələr, pis iyi ətrafında olanlara əziyyət verər. O, bu pis iyi ilə məşhur olar. Hamı bilər ki, onun əməli nə olmuşdur və onu atəşə tərəf aparlar. Allah hər bir insan üçün haram sərhədlərini müəyən etmişdir və heç kəsin haqqı yoxdur ki, həmin sərhədləri keçsin. Allah bütün varlıqlarından qeyrətlidir və bu səbəbdən zinanı haram buyurmuşdur.
İmam Əli (ə) buyurur: “Qiyamət günü Allahın əmri ilə iylənmiş bir iy əsəcəkdir ki, bütün məhşər əhli narahat olacaqdır. Nəfəs almaq çətinləşəcəkdir. Carçı nida edəcəkdir: “Bilirsinizmi ki, bu qaxsımış iy nədir?”. Deyərlər: “Bilmirik və bu iy bizi çox narahat etdi”. Onlara deyilər: “Bu, tövbə etmədən dünyadan getmiş zinakarın iyidir, ona lənət oxuyun ki, Allah da onları lənətləmişdir”. Məhşərdə elə insan qalmır ki, onu lənətləməsin və deyərlər: “Allahım, zinakarlara lənət et””.
Bu təhlükəli şəhərin başçısı şeytandır. Şeytan (lən) bu şəhərə daxil olanlar üçün bir neçə proqram qurmuşdur:
1. Qumar və şərab. “Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır”. (“Maidə” 90).
2. Əxlaqsızlıq. “Ey iman gətirənlər, şeytanın addımlarına tabe olmayın. Kim şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir”.(“Nur” 21).
3. Yolunu azmaq. «Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm”. (“Nisa” 119).
Allah Təala dəfərlərlə insanlara bu şəhərə girməyə qadağan etmişdir. Dəfələrlə buyurmuşdur ki, bu şəhərin dəvətlərinə aldanmayın. Çünki əgər bu şəhərə daxil olsanız, çarəsiz üç məntəqəsini də gərək keçəsiniz. Ondan sonra artıq geriyə yol olmayacaqdır. “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar”. (“Nur” 30).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930