“Axirət övladları olun!“
Mьəllif: admin1
Tarix: 1-01-2016, 09:56
“Axirət övladları olun!“
Arif Hacı Məhəmməd İsmailin tövsiyələrindən
Mərhum Mirzə İsmail Dulabi deyir:

Diqqətli olun. Ətrafınızda toplananların sahibisiz. Kiminsə mülkü deyilsiz, azadsız. Bu azadlığı əldən çıxarmayın. Əgər bir neçə dəfə “bədbəxt oldum” deyib gileylənsən, buna adət etsən, vəziyyət çox ağırlaşacaq. Belə yanaşanda güclü adam zəifləyir. Belə sözlərin çox təsiri var. Həmişə “əlhəmdulillah” deyək, Allaha şükür edək. Belə olsa bəlkə qəlbin də dilinin ardınca gəldi, razı oldu. Pərişansansa, iki dəfə qəlbən de “əlhəmdulillah”, qəm-qüssən gedəcək, qüvvən artacaq.
Ticarətə təzə başlayanda deməyəsən ki, bazar yoxdur, alver getmir. Bu o adamların sözüdür ki, yetmiş il çətinlik görüblər. Sən isə üç gündür alış-verişə başlamısan! Belə sözlər danışsan ona adət edərsən.
Bir dəfə zehnimə gəldi ki, bəlkə müqəddirdil olmuşam, yəni desəm yaxşıdır, yaxşı olur, desəm pisdir, pis olur? Təzə ailə quran adam deməsin ki, vəziyyət pisdir. Ciddi şəkildə işə məşğul olun. Tez həvəsdən düşməyin, dünyanın xırda çətinlikləri düşüncənizi məşğul etməsin.
Malikliyin qiyməti böyükdür. Hara xərcləsən bəhrəsi var. Malının, canının, şəxsiyyətinin, evinin maliki ol. Siqaret çəkən insanı əslində siqaret çəkir.
Deməyin məcburam. Yalnız Allaha ibadətə məcburuq. Allah qarşısında deyə bilərsən ki, bədbəxt olmuşam, əlimdən bir iş gəlmir, Sənə layiq ibadət edə bilmirəm – Allah-Taalanın bu sözlərdən xoşu gəlir. İnsanı maliklik yox, mülkiyyət olmaq yorur, üzür. Peyğəmbərlər deyirsə dünya dalınca qaçmayın, mənası budur ki, dünyaya qul olmayın.
Allah insanı malik qərar verib, qul qərar verməyib. Buyurur ki, birinə yaxınlaşan o birindən uzaqlaşır. Dünyaya qul olan axirətə, əksinə Allah və məsumlara qul olan danyaya qul ola bilməz. Demək, dünyaya qul yox, malik, sahib olmalısan. Dünyanın da, axirətin də övladları var. Əmirəlmöminin (ə) buyurur: “Axirət övladları olun. “ Bu söz onun şiələrinə güc verir...

Vilayet.nuraz.in
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031