Əbədi həyata malik olduğumuzu unutmayaq
Mьəllif: admin1
Tarix: 28-09-2021, 10:53
Əbədi həyata malik olduğumuzu unutmayaq

“Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin”. (“Ali-İmran” 133).

“Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin”. (“Ali-İmran” 133).

Bu ayədə Allah Təala bizləri behiştə daxil olmaq üçün müsabiqədə iştirak etməyə dəvət edir. Behiştin həcmini isə yerlə və göy qədər olduğunu bildirir. Bu yolla axirət həyatının dəyərini aqil insanlara xatırladır.

Allah dünya üçün bu cür müsabiqəyə və sürətli olmağa dəvət etmir. Buyurur: “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, ruzisi Allahın öhdəsində olmasın”.

Başqa yerdə Uca Allah buyurur: “(Dünya malından) Sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bər-bəzəyi və zinətidir. Allah yanında olan (axirət nemətləri isə) daha yaxşı və daha əbədidir”. (“Qəsəs” 60).

Ancaq təəccüblüdür ki, biz əksinə əməl edirik. Bizim bütün səy və müsabiqəmiz dünya üçündür. Nə zaman tənbəllik etsək və ya yorulsaq, axirətin hesabına yazırıq. Fani olan dünyaya yapışmışıq və əbədi olan axirəti boş buraxmışıq.

Həqiqət budur ki, axirətə və Qiyamətə iman həqiqətdə ürəyimizə daxil olmamışdır. Deyirik ki, narahat olmayın, Allah rəhimdir. Nə zaman dünyadan söz açılsa, silkələnərik və onun ardınca tələsərik.

Qış gəlməmişdən qabaq soyuq havalara hazırlaşır və yay gəlməmişdən qabaq isə özümüzü istidən necə qoruyacağımızı düşünürük.

Məgər Allah iklidir? Axirət Allahı Rəhim və Kərimdir, dünya Allahı belə deyildir?! Niyə axirətə görə bu qədər rahatıq? Bu, axirətə iman bəsləmədiyimizə görə deyilmi?

Ancaq əmin olun ki, bir gün gələcək və həsrət fəryadımız hər yerə yayılacaqdır. Bu zaman yenidən dünyaya qayıtmaq istəyəcəyik, ancaq bizə belə bir icazə verilməyəcəkdir.

İnsan Quranın nəzərinə görə mələkut bağının quşudur. O, müvəqqəti yuvasını bu dünyada qurar və uçmağı öyrənəndən sonra oranı tərk edər.

İnsan fitri olaraq cavidanlığa tərəf meyl edər. Məhdud olmaqdan həmişə qaçar. Allah insana xatırladır ki, ey insan! Sən əbədi bir varlıqsan və əbədi olmaq bu dünyaya sığışmaz. Əbədiyyət Bizim yanımızdadır.

İslamın nəzərinə görə dünya və axirət bir-birindən ayrı deyildir. Dünya - axirətin tarlasıdır. Allah bütün vasitələri və imkanları bizim ixtiyarmıza qoymuşdur: ağıl, qüdrət, iradə və ixtiyar kimi... Peyğəmbərləri (ə) göndərmiş, səma kitablarını nazil etmişdir. Bizə səadət yolunu göstərmişdir.

“Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə), onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır”. (“Şura” 20).

Bu şərəfli ayə Allahın ruzisini və ondan istifadə qaydasını əkinə bənzətmişdir. Bir dəstə axirət üçün əkər, bir dəstə isə dünya üçün. Sonra da bu iki əkinin nəticəsini aydınlandırır.

İnsanların hamısı əkinçidir və bu dünya isə tarladır. Əməllərimiz bu tarlanın toxumlarıdır. İlahi imkanatlar isə yağan yağışdır.

Bu toxumlar çox fərqlidir. Bəzilərinin məhsulu sonsuzdur, ağacları həmişə yaşıl və məhsuldardır. Lakin bəzilərinin məhsulu az və məhduddur. Meyvələri isə acı və ləzzətsizdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “O kəsin ki, niyyəti dünya olar, Allah işini pərişan edər. Yoxsulluğu qarşısında qərar verər. Ona təqdir olmuşdan artığına çəng vura bilməz. O kəsin ki, niyyəti axirət olar, Allah dağınıqlığını toplayar. Ürəyində zənginlik qərar verər. Dünya ona təslim olar və onun sorağına gələr”.

Allah Təala bizləri əbədi həyatı dərk edənlərdən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930