İmanlı insanın əməl dəftərinin sərlövhəsi - onun xoş əxlaqıdır
Mьəllif: admin1
Tarix: 6-07-2020, 18:36
İmanlı insanın əməl dəftərinin sərlövhəsi - onun xoş əxlaqıdır

Xoş əxlaqlı insan o kəsə deyilir ki, insanlarla üz-üzə gələn zaman gülərüz, mülayim dilli və sevgi ilə rəftar edəndir. O, hər bir şəraitdə bu xüsusiyyətə malik ola bilir.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, mən gözəl əxlaqı kamala çatdırmaq üçün məbus olmuşam”.

Yəni, nə? Yəni, gəlmişəm ki, ağıl və qəlblərdə olan qabarları İlahi vəhyin yardımı ilə aradan aparım və nəfsləri tərbiyə edim. Kitab və hikmətin təlimi ilə insanı kamala çatdırım. Belə ki, bu kamal onun üçün mələkə olsun. Nəinki qısamüddətli kamal.

Bəzi insanlar təbii olaraq xoş əxlaqlıdırlar. Bu, İlahi nemətdir ki, hər kəsə nəsib olmaz. O kəs ki, gözəl əxlaqa malikdir, gərək Allaha bütün varlığı ilə şükür etsin.

Ancaq əksər insanlar belə deyildirlər. Lakin təmrin edərək və nəfslərini tərbiyə edərək özlərində xoş əxlaqı dirçəldə bilərlər. O qədər canlarına nüfuz edər ki, mələkə halına gələr.

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: “İmanlı insanın əməl dəftərinin sərlövhəsi onun xoş əxlaqıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, əgər kimdəsə olmasa, nə məndəndir, nə də Allah Təaladan”.

Soruşurlar ki, bu üç şey nədir? Buyurur: “Səbirdir ki, onun vasitəsilə nadanın cahilliyini dəf edər, xoş əxlaqdır ki, insanların arasında onunla yaşayar, təqvadır ki, onu Allaha itaətsizlik etməkdən saxlayar”.

İmam Sadiq (ə) buyurur: “Loğman oğluna buyurur: Oğlum! Hövsələsizlikdən, pis əxlaqdan və səbirsizlikdən uzaq ol ki, heç bir dost bu xüsusiyyətlərə dözə bilməz. İşlərində aram və səbirli, qardaşlarının zəhmətlərinə dözməkdə səbirli və hamı ilə xoşəxlaqlı ol”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930