Mömində bəyənilən 3 xüsusiyyət
Mьəllif: admin1
Tarix: 17-11-2022, 10:55
Mömində bəyənilən 3 xüsusiyyət
Ey sadəlövh insan! Bu dünyaya diqqətlə nəzər salsan görərsən ki, çoxlu insanların müşkülatı, kiriftarçılıqları olduqda Allahı yad edib ibadət edirlər.

Belə insanlar Allaha ibadət etməkliyi ancaq namaz qılmaqlıqda və ya nəzr, ehsan verməklikdə, oruc tutmaqlıqda bilirlər.

Amma onu bilmirlər ki, insanın bütünlüklə vücudu Allaha ibadət etməlidir.

İmam Əli (ə)-ın söylədiyi bir fərmayişi diqqətlə oxumaq ibadətin mənasını yaxşı başa düşərik.Belə buyurub: "Bütün xeyirli işlər bu üç xüsusiyyətdə cəm olub:

Baxışda, sakit qalmaqda, danışmaqda;hər bir baxış ibrət almaq üçün olmazsa xətadır;hər bir sükutluq düşüncəsiz olsa qəflətdir; hər bir danışmaq Allahı xatırlamazsa faydasızdır. Xoş olsun o şəxsin halına ki, baxışı ibrət almaq, sükutu düşüncəli, danışığı Allah zikri ola.

Etdiyi xətalara, günahlara görə ağlayar..."Elə insanlar da var ki, bu dünyada başları qarışıb ölümü yaddan çıxarıblar. Bilmirlər ki, dünyaya gələn gündən bu dünya onun vücuduna, varlığa həsəd aparır, paxıllıq edərək hər an ömründən azaldır ki, onu vaxtından əvvəl öz kamına çəksin.

Ey sadəlövh insan! Belə olmasın ki, öləndən sonra ölümün həqiqətini dərk edib əfsuslanasan.

Necə ki, belə insanlar barədə Qurani-kərimdə belə buyurur: "Sur (ikinci dəfə) çalınar. Qəfələtən (insanlar) qəbirlərindən qalxıb sürətlə Allah hüzuruna axışarlar."

Onlar deyərlər. Vay olsun bizim halımıza! Bizi yatdığımız yerdən (qəbr evindən) kim qaldırdı?! (Sonra belə deyərlər) Bəli, bu Allahın insanlara vədə verdiyi gündür. (Yəni qiyamət günüdür). Peyğəmbərlər düz deyərlərmiş!
ixlas.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930