İnternetin faydaları və zərərləri (1)
Mьəllif: admin1
Tarix: 14-12-2015, 11:06
İnternetin faydaları və zərərləri (1)
İternet texnologiya və insan ailəsinə daxil olmuş yeni bir kəşfdir. Bu texnologiyanın təqribən 40 yaşı var. Yeni olmasına baxmayaraq bütün dünyaya səs salmağa, məşhurlaşmağa və ailələrə daxil olmağa tez bir zamanda nail oldu. Dünyada təxminən 1,8 milyard insan internetdən istifadə edir. Hər 10 asiyalıdan biri internetdən istifadə edir. Son 12 ildə isə dünyada internet istifadəçilərinin sayı təxminən 12 dəfə artıb.
Öz aldadıcı deyək yoxsa həqiqi gözəlliyi ilə deyək, insanları özünə cəzb etməyə bacardı. İnsanları o qədər özünə cəzb etdi ki, hətta bəziləri ən sevimli yaxınları haqda dedikləri sözü onun haqqında dedilər: “Getmə gözümdən gedərəm özümdən”. Təbii ki, bu cümlə bəzi ailələrdə çox böyük narahatçılıqlara səbəb oldu. Hətta ailələrin dağılmasına belə gətirib çıxardı. Bu isə cəmiyyətdə çox böyük bəladır.



İnternet aləmi virtual bir dünyadır. Bu dünyanın nə hədd-hüdudu nə də sərhəddi var, sərhədsiz bir dünyadır. Amma bununla belə danılmaz bir həqiqətdir. İnternet insan həyatında çox böyük təsirə malikdir, ola bilsin bu təsir mənfi yaxud müsbət olsun. Çünki bu insanın internetdən necə istifadə etməsinə bağlıdı. Necə deyiblər: Su çox incə və zərif bir şeydir amma çox içsən bədənə zərəri var.
İnternet də özü-özlüyündə çox böyük məlumatlarla dolu bir mediadır. İstədiyin bir çox şey haqda məlumat əldə edə bilərsən. Lakin təbiidir ki internetdən bu cür istifadə edənlər, sui istifadə edənlərə nisbət çox azdır. Bu isə yeni kəşf yox yeni bir bəla növünə çevrilir. Bir çox ailələr dağılır, oğul ataya ağ olur, qız anasına qışqırır, həyat yoldaşı ərindən gizli sosial şəbəkələrdə başqa oğlanlarla danışır, ər də arvadından geri qalmayıb iş yerində danışır.


İnternetin zərərləri


1. Çatlaşma

İnternetin insana çox mühüm təsir qoymasının ən mühüm səbəbi çatdır. Demək olar ki, internetin mənfi təsirlərindən danışdıqda əsas və ən mühümlərindən biri çatlaşmaqdır. Təbiidir ki, çatlaşmanı əgər tənqid edir və onun mənfi təsirlərə malik olduğunu deyiriksə, bu çatlaşmadan mənfi yolda istifadə edənlər üçündür. Bir çox insanlar var uzaqda olan dostları, qohumları yaxud ailə üzvləri ilə çat vasitəsi ilə görüntülü yaxud yazılı surətdə əlaqə saxlayırlar. Amma məsələ burasındadır ki, adətən çata daxil olanların əksəriyyəti yaxşı niyyətli deyil. Xüsusən də cavan oğlanlar, onlar əsasən çata əyləncə üçün daxil olurlar. Və təbii ki, bu əyləncə başqa oğlanlarla deyil ova düşən qızlarla olmalıdır. Amma qızlar oğlanlara nisbətən çata evlənməyə həyat yoldaşı tapmaq üçün daxil olurlar.
Çatla ehtiyatlı olmaq lazımdır. Çünki kim istəyər kiminsə ailəsinin dağılmasına səbəbkar olsun. Bunu ona görə deyirəm ki belə hadisələr az olmayıb. Çatda kiminləsə danışıb ərini evdə qoyub qaçanlar yaxud əksinə həyat yoldaşını boşayıb başqası ilə evlənənlər az olmayıb. Diqqətli olaq! Namus məsələsi çox önəmli və toxunulmaz bir şeydir. Axirətə qalmayan və elə bu dünyada əzabı verilən bir günahdır.
Bir cavan razıdır tanımadığı bir qızla saatlara çatlaşsın və həyatda ən mühüm dəyərə malik olan vaxtını xərcləsin və məlum deyil sonu necə olacaq. Bəzən məlum olur ki, əslində qız deyil oğlanla danışırmış ya qızın ailəsi varmış, yaxud da hər hansısa başqa bir səbəb üzündən ayrılırlar. Amma bu cavan razı deyil ki, 24 saatı ona bəxş edən Allaha bir neçə dəqiqəsini xərcləsin və Onun böyüklüyü önündə səcdə etsin. Əlinə bir kitab alıb yeni bir şey oxusun və elmini artırsın. Maraqlıdır belə insanlara namaz deyəndə deyirlər vaxtım yoxdur, alındıra bilmirəm. Bax bu cürdür insanın xasiyyəti.


Çatlaşmanın iki ailəyə gətirdiyi bəla:
Qadın, 36 yaş: "Bir neçə ildir ki, evliyəm. Yoldaşım axşam saat 6-da evə gəlir, kompüterin arxasına keçir və çatda söhbətə başlayır. Heç bir qadınla ciddi mənada söhbət etmədiyini söyləsə də, çata ayıracaq vaxtı hər gün bir az da artırır".
Kişi, 40 yaş: "Həyat yoldaşıma marağım ölüb. Buna görə bir ildən artıqdır çatda tanış olduğum bir qadınla söhbət edirəm. Onunla bütün dərdlərimi, problemlərimi rahat müzakirə edirəm. Elədiyimin səhv olduğunu bilsəm də, bunun qarşısını ala bilmirəm"


2. Porno və əxlaqsız saytlar
Porno və əxlaqsız saytalar internetin çox acınacaqlı və mənfi yönlərindəndir. Bu saytalara nəinki nəzarət olunmur bəlkə internetdə ən yaxşı surətdə himayə belə olunur. Hazırda internetdə minlərlə deyil bəlkə də milyonlarla porno və əxlaqsız saytlar var. Son statistikaya əsasən internetdən ən çox gəlir əldə edən saytlar da elə porno saytlarıdır.
Bəzi şirkətlərdə aparılmış tədqiqatlara əsasən kişi işçilər internetə ayırdıqları vaxtın 62%-ı porno saytlara baxmaqla keçirirlər. Belə işlərin aqibətinin necə olacağını isə özünüz təsəvvür edin. Bir unversitetin psixoloqlarının apardığı tədqiqatlarında məlum olub ki, uşaqlar adətən günortadan sonra, cavanlar və yeniyetmələr isə gecələr internetə daxil olurlar və əsasən porno və əxlaqsız saytlara gecə və gecə yarısı daxil olurlar. Eyni zamanda bu tipp insanların internetdən mənfi istifadə etməsi daha çoxdur.
Oxford unversitetinin psixoloqlarının apardığı tədqiqatlarda isə cavanların yüzdə 10%-i ən azı gündə bir dəfə porno və əxlaqsız saytalara daxil olurlar.
Kişilər əsasən iş yerlərində bu saytlara daxil olurlar və təbiidir ki, bu da ərlə-arvad arasında təsirsiz ötüşmür. Youtube-də bu saytlara baxmaq əvəzinə insan eliyə bilər əyləncəli, maraqlı, elmi, dini yaxud başqa faydalı videolara baxsın.



Kamran Məmmədov

Islammektebi.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930