Özünə Əli (ə) ardıcılı demə - bu, çox yüksək məqamdır. De ki, Əlinin (ə) dostlarındanam, onun dostlarını sevənlərdən, düşmənlərini düşmən bilənlərdənəm
Mьəllif: admin1
Tarix: 13-12-2015, 10:18
Özünə Əli (ə) ardıcılı demə - bu, çox yüksək məqamdır. De ki, Əlinin (ə) dostlarındanam, onun dostlarını sevənlərdən, düşmənlərini düşmən bilənlərdənəm
Günlərin birində xəlifənin gözətçisi gəlir və İmam Rzaya (ə) deyir: “Bir neçə nəfər gəlib sizinlə görüşmək istəyir. Özlərini Əli (ə) davamçısı adlandırırlar”.
İmam (ə) buyurur: “Onlara denən ki, getsinlər, işim vardır”.
İkinci günü yenə gəldilər və gözətçi onların sözünü çatdırdı və həmin cavabı aldılar.
Üçüncü gün gəldilər və yenə onlara həmin sözləri dedilər. Bu minvalla iki ay keçir. Onlar hər gün gəlir və sözlərini təkrar edir və eyni cavabı alıb qayıdırdılar.
O zaman ki, İmamla (ə) görüşməkdən ümidsiz oldular, gözətçiyə dedilər: “İmam Rzaya (ə) de ki, biz atası Əli ibn Əbutalibin (ə) davamçılarındanıq. Bizi hüzurunuza qəbul etmədiyinizə görə düşmən bizi məzəmmət etmişdir. Əgər bu dəfə də qayıtsaq və sizi ziyarət edə bilməsək, o qədər xəcalətliyik ki, gərək bu şəhərdən və diyardan çıxıb gedək. Çünki düşmənlərin məzəmmətli sözlərini eşitməyə taqətmiz yoxdur”.
Bu sözlərdən sonra İmam (ə) onlara girmək üçün icazə verir. Onlar içəri girdilər. İmam (ə) onlara əyləşmək üçün icazə vermədi. Ayaq üstə dayanıb soruşdular: “Ya ibni Rəsulallah! Bu qədər icazə verməməyinizin səbəbi nədir?”. İmam (ə) buyurdu: Oxuyun. “Hər nə sizə çatıbdırsa, öz əlinizlə olubdur”. Mən bu işdə Allahın, Peyğəmbərin (s) və pak əcdadlarımın işinin ardıcılıyam. Onlar sizə qəzəbləniblər”.
Dedilər: “Niyə ya ibni Rəsulallah?”.
İmam (ə) buyurdu: “Çünki yalandan iddia edirsiniz ki, Əli ibn Əbutalibin (ə) davamçılarısınız. Vay olsun sizə! Əli (ə) davamçısı Əbuzər, Salman, Miqdad, Əmmardır. Onlar Əliyə (ə) itaətsizlik etməyiblər. Onun qadağalarının əksinə addım atmayıblar.
Siz deyirisiniz ki, biz Əlinin (ə) davamçılarıyıq. Ancaq rəftarlarınızın çoxu Əli (ə) rəftarlarının əksinədir. Onun əmrlərinə itaət etməkdə səhlənkarlıq edirsiniz. Qardaşlarınızın haqqını əda etməkdə süstlük edirsiniz. O yerdə ki, təqiyyə etməlisiniz – etmirsiniz. O yerdə ki, etməli deyilsiniz – edirsiniz. Əgər siz desəniz ki, biz Əlinin (ə) dostlarındanıq, onun dostlarını sevənlərdən, düşmənlərini düşmən bilənlərdənik – sizin iddiasınızı bəyənilməz hesab etməzdim. Ancaq iddia etdiyiniz bu ali məqama görə əgər rəftarınız danışığınızın düzgünlüyünə şəhadət verməsə, həlak olacaqsınız. Məgər o halda ki, Allahın rəhməti sizin halınıza şamil olsun”.
Dedilər: “Ya ibni Rəsulallah! Biz bu dediklərimizdən istiğfar edirik və tövbə edirik. Necə ki, siz bizə təlim verdiniz, biz deyirik: “Biz sizi sevənlərdən, dostlarınızı sevənlərdən və düşmənlərinizi düşmən bilənlərdənik””.
İmam (ə) buyurdu: “Afərin olsun sizə, ey mənim qardaşlarım və məni sevənlər! Yuxarı gəlin, yuxarı gəlin”. İmam (ə) onları o qədər yaxına dəvət etdi ki, axır onları qucaqladı və bağrına basdı.
Sonra üzünü gözətçiyə tutub buyurdu: “Bunları neçə dəfə qaytarmısan?”. Dedi: “60 dəfə”.
İmam (ə) buyurdu: “İndi mənim tərəfimdən 60 dəfə dalbadal yanlarına gedir və mənim salamımı onlara çatdırırsan və hallarını soruşursan və onlara kömək edirsən. Çünki günahlarını tövbə ilə yudular. İndi hörmət edilməyə layiqdirlər, ona görə ki, bizi sevirlər”. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930