İmamətdən ayrı düşən cahilin 36 savab əvəzinə 4 günahı
Mьəllif: admin1
Tarix: 3-06-2021, 12:29
İmamətdən ayrı düşən cahilin 36 savab əvəzinə 4 günahı
Əmirəl-möminin (ə) buyurur: “Heç kəsi risalət nəsli ilə müqayisə etmək olmaz. Onlar ki, Peyğəmbər (s) Əhli-beytinin (ə) hidayət nemətinin yetişdirilmişləridirlər - onlarla bərabər heç kəs ola bilməz”.

Bəli, Peyğəmbərin (s) itrəti dinin əsası və yəqinin möhkəm sütunudur. Hər kəs onlara qoşulmalıdır, tələsən də geri qalan da.

Əmirəl-möminin (ə) buyurduğu kimi Əhli-beyti (ə) heç kəslə müqayisə etmək olmaz, nə elmi cəhətdən, nə mənəvi cəhətdən və nə də başqa cəhətlərdən. Bu insanların dərəcə və məqamı başqalarından daha üstündür.

İmam Sadiq (ə) Məala ibni Xənisə buyurur: “Ey Məala! Əgər bəndə yüz il rükn və İbrahim məqamının arasında bəndəlik etsə və gündüzləri oruc tutsa, gecələri münacatla məşğul olsa o yerə qədər ki, qocalıqdan qaşları gözünün üstünü örtər, boyun sümükləri sinəsinə düşər, ancaq bizim haqqımıza qarşı cahil olarsa – onun üçün heç bir savab olmaz”.

İmam Sadiq (ə) maraqlı bir əhvalatı nəql edir: “Mənim yanımda bir nəfəri çox tərifləyirdilər və mən onu görmək istədim. Bir gün gördüm ki, insanlar həmin şəxsin ətrafına yığışıblar və ona təşəkkür edir və onunla söhbət edirlər. Onlardan ayrılıb yoluna davam etdi.

Onun ardınca getdim və gördüm ki, bir çörək dükanına daxil oldu və oradan iki ədəd çörək oğurladı”.

İmam (ə) buyurur: “Yenə ardınca getdim ki, görüm hara çatacaqdır. Gördüm ki, meyvə dükanına daxil oldu və meyvə satanın başını aldadıb iki nar oğurladı.

Təəccüb etdim. O kəs ki, zahidliyi və təqvası ilə məşhurdur, niyə bu işi görür? Öz-özümə dedim ki, yəqin onların pulunu veribdir.

Onun ardınca getdim və gördüm ki, bir xarabaya daxil oldu və bu iki çörəklə narı orada xəstə yatanın birinə verdi.

Sonra xarabadan çıxdı və onun qarşısını kəsib soruşdum: “Ağa, niyə bu işləri görürsən? Zahid və abid olasan və bu işləri görəsən?”.

Dedi: “Məgər mən nə etmişəm ki?”. Dedim: “Mən səninlə birlikdə idim və gördüm ki, çörəyi və narları oğurladın və sonra da gəlib onları sədəqə verdin”.

Dedi: “Əvvəl de görüm, sən kimsən?”.

İmam Sadiq (ə) buyurur: “Mən Cəfər ibni Muhəmməd ibni Sadiqəm”.

Dedi: “Peyğəmbərin (s) oğlusan və amma buna baxmayraq Qurana bələd deyilsən?”.

Dedim: “Necə?”.

Dedi: “Qurani-Şərif buyurur: “Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır. Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır”. (“Ənam” 160).

Mən iki ədəd çörək oğurladım və iki günah etdim və iki ədəd nar oğurladım yenə iki günah etdim və bu etdi dörd günah. Sonra getdim iki çörəyi sədəqə verdim və 20 həsənə qazandım və iki narı sədəqə verdim yenə 20 həsənə qazandım. Ona görə də 40 həsənə qazandım və əgər o dörd günahı çıxsalar əməl dəftərimdə 36 həsənə qalacaqdır”.

İmam Sadiq (ə) buyurur: “Sən nəinki savab aparmamısan, bəlkə 8 günah da etmisən. Dörd günah ona görə ki, insanların malını oğurlamısan. Dörd günah da ona görə ki, mal sahiblərinin icazəsi olmadan başqasına vermisən və başqalarının malına sahiblənmiş olmusan”.

İmam (ə) buyurur: “İnsanların bu cür yanlış çıxarışlarına görə həm özləri yolunu azırlar və həm də başqalarını yolundan azdırırlar”.

Bəli, insan əgər Əhli-beytə (ə) tabe olmasa və həyatını onların hidayət nuru ilə tənzimləməsə, zəlalət yolunu gedəcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930