İmam Hüseyn (ə) qayğıkeş ata və diqqətli həyat yoldaşı idi
Mьəllif: admin1
Tarix: 13-10-2019, 15:51
İmam Hüseyn (ə) qayğıkeş ata və diqqətli həyat yoldaşı idi
İmam Hüseynin (ə) ən gözəl xüsusiyyətlərindən biri həyat yoldaşlarına qoyduğu ehtiram və hörmət idi. Həzrət (ə) çox abırlı övladlar tərbiyə etmişdi. Tarixdə oxuyuruq ki, İmamın (ə) üç həyat yoldaşı olmuşdur.

İlk evliliyi Şəhribanu ilə olmuşdur ki, İmam Səccad (ə) bu evliliyin meyvəsidir. İmam, Şəhribanu həyatda olana qədər heç bir xanımla ailə qurmur. Ancaq Şəhribanu İmam Səccad (ə) dünyaya gələndən sonra dünyasını dəyişir.

İmam (ə) Leyla adlı bir xanımla ailə qurur O, Əli Əkbərin anası olur və çox təəssüf ki, bu xanım da cavan yaşında vəfat edir. Leylanın vəfatından sonra İmam (ə) bir müddət evlənmir.

O zamana qədər ki, bir xristian Mədinəyə gəlir və küçədə ədəblə yol gedən üç nəfəri görür, soruşur ki, bunlar kimlərdirlər? Ona deyirlər ki, bunlar Əmirəl-möminin (ə), İmam Həsən (ə) və İmam Hüseyndir (ə).

Həmin xristian İslamı qəbul edir və kiçik qızını İmam Hüseynə (ə) ərə verir. İmam Hüseynlə (ə) evlənən bu xanımın adı Rübab idi.

Rübab, İmamın (ə) o qədər hörmətini qazanır ki, İmam (ə) onun haqqında deyir: “Ömrümə and olsun ki, Rübab və Səkinə adında xanım olan evi sevirəm və bütün malımı onların yolunda sərf edərəm və bu infaqda insanların məzəmmətindən qorxmuram”.

Məsumlar (ə) bizə öyrədir ki, uşaqlarımıza sevgi göstərək və onları tez-tez öpək. Bu sevgi onların ürəyinə məhəbbət toxumu səpər ki, böyüyən zaman sevgi dolu bir insan olarlar. İmam Hüseyn (ə) həmişə nəvaziş əlini övladlarının başına çəkər və onlarla oynayardı.

Nəql edilir ki, bir gün İmam Hüseyn (ə) bir küçədən keçirmiş və o həmin küçədə uşaqlar oyun oynayıb yorulmuşdular və bir küncə çəkilib evlərindən gətirdikləri quru çörəyi yeyirdilər.

İmamı (ə) görən kimi onun ətəyindən yapışdılar ki, gəl sən də bizim bu çörəkdən ye. İmam (ə) onların təklifini qəbul etdi və onlarla bir yerdə torpağın üstündə əyləşib həmin quru çörəyi yedi.

Çörəyi bitirəndən sonra onlara buyurdu: “Mən sizin dəvətinizi qəbul etdim, indi siz gərək mənim dəvətimi qəbul edəsəniz və mənim evimə gedəsiniz”.

Uşaqlar çox sevindi və İmam (ə) onları mənzilinə apardı və xadimlərinə buyurdu ki, onları gözəl geyindirib ləziz yeməklər versinlər.

Sonra buyurdu: “Bu uşaqların nəyi vardırsa süfrəyə qoydular, mən onlar üçün hər nə etsəm, onların bu əməlinə görə çox azdır və onların sevgisinin əvəzini verə bilmirəm”.

Bəli, İmam (ə) həm uşaqlara və həm də həyat yoldaşlarına qarşı çox həssas və sevgi dolu bir insan olmuşdu. Onun ailədəki rəftarı hər birimiz üçün gözəl örnək ola bilər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930