Ölüm ağrıdır, yoxsa rahatlıq?
Mьəllif: admin1
Tarix: 14-09-2015, 16:44
Ölüm ağrıdır, yoxsa rahatlıq?

Həqiqətdə ölümü yox, onun sənə hələ yaxınlaşdığını bildirən hadisəni müşahidə eləmisən
Xəstə səhabələrindən birinin əyadətinə gedən İmam Riza (ə) ondan soruşdu: “Hal-hazırda vəziyyətiniz necədir?” O, dedi: “Sizdən ayrılandan sonra sanki ölümü olduğu kimi hiss eləmişəm.” İmam (ə) buyurdu: “Onu izah edə bilərsənmi?” Dedi: “Olduqca dözülməz və şiddətli idi!” Bu zaman İmam (ə) ona belə buyurdu: “Həqiqətdə ölümü yox, onun sənə hələ yaxınlaşdığını bildirən hadisəni müşahidə eləmisən. Doğrusu, insanların ölümü iki qisimdən artıq deyil: biri ölümü ilə rahatlıq tapar, digəri isə başqaları onun ölümündən rahatlıq duyarlar. Odur ki, Allaha, Peyğəmbərə (s) və imamlara olan imanını yenidən təzələ ki rahatlıq tapasan.” (Əl-Etiqadat, səh. 66)

Nur-az.com/shia-news
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930