"Bəzi işlər var ki,bəndə gərək o işlərdə son dərəcə diqqətli olsun."
Mьəllif: admin1
Tarix: 28-05-2022, 21:08
"Bəzi işlər var ki,bəndə gərək o işlərdə son dərəcə diqqətli olsun."

Allahın hüzurunda hesab verəcəyin, qiyamətin səhnəsində illərlə xəcalət çəkəcəyin rəftarlardan niyə çəkinmirsən?

Elektriklə işləyən son dərəcə ehtiyyatla iş görür ki, əgər xətaya yol versə, həyatını itirəcək. Şüşə kəsən həmişə ikiqat diqqətli olur ki, şüşə sınıb ona zərər verməsin. Həm əlini kəsəcək həm də ki, sınan şüşəni bərpa edə bilməyəcək. Əziz dost maddi aləmdə əzabı müvəqqəti olan bu əməllərdən çəkinirsən.

Allahın hüzurunda hesab verəcəyin, qiyamətin səhnəsində illərlə xəcalət çəkəcəyin rəftarlardan niyə çəkinmirsən?

Ayətullah Behcətin (r.ə) ustadı Ayətullah Şeyx Mürtəza Taliqani (r.ə) bir dəfə qəzəbləndiyinə görə fəryad çəkirdi ki, Mürtəza it oldun. Elə hey nalə edirdi ki, Allaha nə pis bəndə oldum ki, qəlb qırdım. Amma sən hələ qəzəbini cilovlaya bilməmisənsə, deməli hələ aqil insanlar cərgəsində deyilsən.

İmam Sadiq (ə) buyurur: "Kim ətrafında olanların rəftarına göz yumsa, onların səhvlərinin üstündən keçsə, tünd xasiyyət olmasa, Allah onun hesabında elə üzdən keçəcək."

Əziz cavanlar, hər qəzəblənəndə imanınız cərəyan vurmuş kimi iflic olur. Hər tünd xasiyyət sizin ruhunuza qalın qatlı zülmət endirir. Hər qəlb sındıranda Allah da saleh əməllərinizi şüşə kimi sındırır. Niyə həlim olmursuz? Hər gün ibadət etdiyiniz Allah həlimdir axı.

Mərhum böyük əxlaq ustadı Ayətullah Seyyid Abdullah Fatiminiya (r.ə).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930