Aldadıcı qürurlar
Mьəllif: admin1
Tarix: 3-08-2015, 06:39
Aldadıcı qürurlar

İmam Əli (ə) buyurmuşdur:

رَحِمَ اللَّهُ امْرَءً غالَبَ الْهَوى‏، وَ افْلَتَ مِنْ حَبائِلِ الدُّنْيا؛

“Öz nəfsinə qalib gələn və özünü dünya qurğularından nicat verən insana Allah rəhmət etsin.”

(“Mizanul-hikmət”, 10-cu cild, səh. 384, fəsil 4042, hədis 21157.)
ŞƏRH VƏ TƏFSİR

Nəfslə mübarizə məfhumu insan mahiyyəti ilə nəfsi istəklərin müharibəsindən ibarətdir. Bu müharibənin bir tərəfində tüğyanedici nəfsi istəklər, digər tərəfində isə insan həqiqəti durur. İmam Əli (ə) bu hədisdə öz nəfsi ilə döyüşən insanı dua edir, zahirən gözəl və aldadıcı görünən dünya qurğularına işarə edərək insanın onlardan uzaq olmasını tövsiyə edir.



QURĞUNUN XÜSUSİYYƏTLƏRİ

Qurğunun bir neçə xüsusiyyəti var:

1. Onun birinci xüsusiyyəti gizli olmasıdır. Elə buna görə də, insan ondan qafil olduğu zaman ona düşür.

2. Onun ikinci xüsusiyyəti möhkəm olmasıdır. İnsan qurğuya düşdükdən sonra, özünü ondan nicat verə bilmir.

3. Onun üçüncü xüsusiyyəti ətrafındakı diqqəti cəlb edən yeyintilərdir. Qurğunun özü gizli olsa da, ətrafındakı toxumlar quşları aldadaraq özünə çəkir.

Dünya qurğuları da bu xüsusiyyətlərə malikdir. Dünya qurğularından biri uşaqlıq çağlarından ömrün son anlarına qədər insanın qəlbində yerləşən vəzifəpərəstlikdir. Bir hədisdə buyurulur: “Həqiqi insanların (ilahi bəndələrin) qəlbindən çıxan sonuncu şey vəzifəpərəstlikdir.” (“Qurani-Kərimdə əxlaq” Atətullah Məkarim Şirazi, 3-cü cild, səh. 30.) Hər şeyin məxsus dövranı olsa da, vəzifəpərəstlik insanın yaxasından əl çəkmir. Bəzən, bu qurğu gizli olur; cəmiyyətə və dinə xidmət libasında, şəri məsuliyyət hissi və sairədə özünü gizlədir. Onun ətrafında da ilahi nemətlərdən istifadə, abır-heysiyyətin qorunması, maddi imkanların çoxalması, ruhi aramlıq, yaxşı istirahət və bu kimi diqqəti cəlb edən toxumlar və yeyintilər görünür. Maraqlıdır ki, bu qurğu olduqca möhkəm və ondan qurtuluş isə olduqca çətindir.

Dünya qurğularından biri də təfəkkürsüz ibadətdir. Belə ibadətdən riya və özününümayiş baş qaldırır və xudbinliklə sonuclanır. Belələri özlərini hamıdan yaxşı, ümmətin örnəyi və qiyamət gününün şəfaətçisi təsəvvür edirlər! Bu proses bununla bitmir, nəfsi istəkləri əqlinə o qədər hakim olur ki, hətta Allahdan da tələbkar olurlar!

Bu qurğulara düşməmək üçün, onları tanımaq zəruridir. Ona düşən insan dərhal qurtuluş yolu haqda düşünməlidir ki, zaman ötdükcə, onlardan qurtulmaq olduqca çətinləşəcəkdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930