İncil (Bible)
Mьəllif: admin1
Tarix: 4-07-2015, 10:58
İncil (Bible)

“Bibliya” sözünün lüğəvi mənası “kitablar” deməkdir. İncil xristianların etiqad bəslədikləri
“ilahi kəlamlar”dan təşkil tapan iki müqəddəs kitabdan ibarətdir. Onlardan biri “Qədim Əhd” və
o birisi isə “Yeni Əhd” adlanır.
Xristianların inamına görə Allah insanlarla iki əhd-peyman bağlamışdır. Birinci əhd (Qədim
Əhd) ki, İsadan (ə) əvvəlki peyğəmbərlərin vasitəsilə xalqa çatdıran ilahi buyruqlardır. Demək
olar ki, bu əhdin möhtəvası, insanın şəriət hökmlərinə tam əməl etməsilə nicat və əbədi səadətə
yetişməyinə verilən təzmindən ibarətdir. İkinci əhd (Yeni Əhd) isə “Allahın oğlu” İsanın (ə)
özünü qurban verməsilə yalnız İsaya (ə) məhəbbət və inam bəsləyənlərin qurtuluş və əbədi
səadətə layiq görülməsinə verilən vədə deyilir. Xristianlar Qədim əhdin ləğv olunmadığını, Yeni
əhdin ona dayaq olaraq, qüvvət bağışladığına inamlıdırlar. Yeni əhddə bu barədə yazılır:
“Sanmayın ki, mən müqəddəs qanunu (Tövratı) və peyğəmbərlərin yazdıqlarını pozmağa
gəldim. Mən pozmağa yox, icra etmək üçün gəldim....!” (Matta incili, 5-ci fəsl, 17-18-ci ayə.)
Qədim əhd
Qədim əhdin iki əsas qədim nüsxəsi vardır. Birinci nüsxə ibrani dilində və az bir hissəsi isə
kəldani dilində yazılmışdır.
İkinci nüsxə yunan dilindədir. Miladdan dörd əsr əvvəl Fələstin torpağı İsgəndərin vasitəsilə
işğal olundu. Bu zaman istismar altında qalmış yəhudilər öz ana dilini unudaraq yunan dilinə
üstünlük verməyə başladılar. Onlar 70-72 nəfərlə birgə Qədim Əhdi yunan dilinə tərcümə etdilər.
Bu kitab “səbiniyyə” adlanaraq, sonralar Qədim Əhdin ikinci nüsxəsi kimi məşhurlaşdı. Birinci
nüsxə 39 kitaba malik idi ki, tərcümə zamanı 7 kitabda ona əlavə olundu. Əlavə olunmuş kitablar
“Qədim Əhd apoqrifi” adı altında məşhurlaşdı.
Miladdan iki əsr öncə və bir əsr sonra yəhudilər və xristianlar əksəriyyəti ikinci nüsxəyə əməl
edirdilər. Milad tarixilə 100-cü ildə yəhudilərin “ağsaqqal” ruhanilər şurası ibri dilində olan
əvvəlki nüsxənin 39 kitabını qəbul edərək, yunan mətninin digər 7 kitabını isə rədd etdilər.
Amma xristianlar bu yeddi kitabı da XVI əsrə qədər qəbul edirdilər. Protestantlar XVI əsrdə
ikinci nüsxəni rədd etdilər. Lakin Katolik və Ortodoks kilsəsi bu nüsxəyə əməl etməyə davam
edirlər. Onlar “Apoqrif”ini də etibarlı sayaraq “İkinci qanun” adlandırırlar.
Tövrat
Tövrat beş fəslə malikdir ki, Qədim əhdin ilk fəslləri hesab olunur. Onun mənası “şəriətqanun”
deməkdir. O ilk dəfə ibrani dilində e.ə. 8-ci əsrdə yazılmış, sonralar isə müxtəlif dillərə
tərcümə olunmuşdur. Bu kitab yəhudilər və xristianların müqəddəs kitabı hesab olunur. Onların
əqidəsinə görə, Musa (ə) özü bu kitabı yazmışdır. Onlar bu kitabın təhrif olunmadığına inanırlar.
Tövrat beş kitabdan ibarətdir:
1. Varlıq: Dünyanın yaranışı, Həzrət Adəmin (ə) əhvalatları, Nuh (ə), İbrahim (ə), İsmail
(ə), İshaq (ə), Yaqub (ə) və Yusifdən (ə) söhbət açılır.
2. Çıxış: Həzrət Musanı (ə) dünyaya gəlməsi, peyğəmbərliyi, bəni-İsrailin Misirdən getməsi
və hökmlərdən bəhs olunur.
3. Laviya: Həzrət Harunun (ə) nəslindən olan ruhanilərə verilən dini hökmlərdən danışır.
4. Siyahıya alınma: Həzrət Musanın (ə) dövründə bəni-İsrailin siyahısı, şəriət qanunları və
tarixi hadisələr bəhs mövqeyinə çıxarılır.
5. Təsniyə: Burada qeyd olunan kitablardakı dini hökmlərin təkrarı və bəni-İsrailin
Musanın (ə) ölümünə qədər olan tarixi yazılmışdır.
Yeni Əhd
İncilin yarısını təşkil edən Yeni Əhd xristianların daha çox inandığı kitablardır. Onların
inancına görə bu kitab Həvarilərə Allahın mənəvi yolla bəxş etdiyi, Təsəlli verici Ruh tərəfindən
qorunan ilahi kəlamdır. Yeni Əhd 27 kitabdan ibarətdir ki, onun əvvəl dörd kitabını Matta incili,
Mark incili, Luka incili və Yəhya (Yuhənna) incili təşkil verir. “İncil” yunanca “Yevangelion”
sözündən götürülərək “müjdə” mənasındadır. Demək olar ki, Yeni Əhddə yer alan kitablar həzrət
İsanın (ə) gedişindən sonra tədricən onun ardıcılları tərəfindən yazılmağa başladı. Buna görə ki,
o Həzrətin öz zamanında və özündən sonra bu dinin tərəfdarları şiddətli şəkildə cəzalanır və
təqib altında yaşayırdılar. İlk öncə Həzrət İsanın (ə) buyuruqları şifahi şəkildə yayılırdı. Nəhayət,
şərait münbitliyə doğru inkişaf etdikcə, İsanın bəzi ardıcılları tədricən onunla əlaqədar yadda
saxladıqları xatirələri, kəlamları, rəftar və əxlaqi rəvayətləri toplayaraq kitab şəklinə saldılar.
Bunuda qeyd etmək lazımdır ki, bu kitablar 60-70-ci illərdən yazılmağa başlamışdır. Bu barədə
yazılan kitabların sayı hamını çaş-başa salmışdır. Çünki, bir çoxları uydurulmuş kitabları Həzrət
İsanın (ə) kəlamları olaraq camaata təqdim edirdi. Buna görə də Asanasyus, Nikeyya məclisinin
qəhrəmanı 367-ci ildə indiki 27 kitabı etibarlı sayaraq onu “Yeni Əhd” adlandırdı və ona heç bir
kitab artırıb-azaltmağı tapşırdı.
İncillər:
Matta incili: Bu kitabda Həzrət İsanın (ə) əcdadını sayaraq onun dünyaya gəlişindən, təbliğ,
möcüzələr, həvarilər, mühakimə və ölümündən söz açılır.
Mark incili: Həzrət İsanın (ə) iş və möcüzə və Allahın oğlu olduğundan söz açılır.
Luka incili: Bu kitabda Həzrət İsanın (ə) həyatı kamil və nicat verici insan ünvanda qələmə
verilibdir. Onun dost və tərəfdarlarına qarşı olan əlaqədən, fəqirlərə və gunahkarlara qarşı olan
məhəbbət və mehribanlığından və onun bir insan olduğundan söz açılıb.
Yəhya incili: Həzrət İsanın (ə) yaşayış, Allah olması, Allahın kəlamı olması barədə mövzulara
işarə edir.

Mahir Məmmədov
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031