Axırzamanın camaatı
Mьəllif: admin1
Tarix: 28-06-2015, 15:12
Axırzamanın camaatı

Məqalənin adından da məlum olduğu kimi axır, son mənasındadır. Axır zaman dedikdə isə yer kürəsində həyatın sonu nəzərdə tutulur. Buradan belə çıxır ki, yer kürəsi məhdud bir zamana malikdir ki, müəyyən bir zamandan sonra öz sonunu tapacaq. Dünyanın sonu bir neçə dövrana malikdir ki, onların müddətini yalnız uca Allah bilir. Ümumiyyətlə axırzaman mövzusu iki dövrə aid edilib:
1.İslam peyğəmbərinin (s) yaşadığı dövr və bu dövrdən İmam Məhdinin (ə.c) qeybəte-soğrasınacan (kiçik qeybət) olan dövr.
2.İmam Məhdinin (ə.c) qeybəte-kobrasından (böyük qeybət) Allah-taalanın istədiyi vaxta kimi olan dövr.
Bu iki dövr axırzamanın yaranmasına səbəb olaraq görsədilir. İslam peyğəmbərinin (s) milad və besətindən öncə hər kəs axırzaman sözünü dilə gətirirdisə, məqsədi axırzaman (sonuncu) peyğəmbər və Allah-taalanın sonuncu elçisi idi. Lakin İslam peyğəmbərinin (s) və Əhli-beytin (ə) zamanında işlədilən axırzaman sözündən məqsəd İmam Məhdinin (ə.c) qeybəte-kobrasıdır. Bu məqalədə axırzamandan məqsəd hazırkı yaşadığımız dövr və Allah-taalanın istədiyi vaxta kimi davam edən dövrdür.
İslam peyğəmbəri (s) və onun on iki canişini olan İmamlar (ə) axırzaman camaatının xüsusiyyəti haqqında bir çox xəbərdarlıq veriblər. Bu kimi xəbərdarlıqlar həqiqətən bizlər üçün fərdi və ictimai səadət uğrunda nəsihətlər kimi ünvanlanmalıdır. Adı gedən xəbərdarlıqlardan bəzisi İmam Məhdinin (ə.c) zuhurunun nişanəsi kimi də görsədilibdir. Onlardan bəzisi bunlardan ibarətdir:
1. İnsanların bir-birinə qarşı hörmətsizliyi o qədər çoxalar ki, ağız suyunu bir-birlərinə atarlar;
2. Şəxslərin nəzəri Quran hökümlərinin yerində qərar tapar;
3. Kişilər qadınlar kimi özlərini bəzəyərlər;
4. Aşkara Allah-taalaya küfr edərlər;
5. Haram musiqilər camaat arasında geniş yayılar;
6. Camaat arasında böyüklərə hörmət qalmaz;
7. Vacib işlər pulsuz görülməz;
8. İxtilaflar ancaq qanla susar; (İndiki ölkələr arasında tökülən qanlar)
9. Oğurluq yolla ailənin xarcı ödənər;
10. Camaat dini özlərinin inkişafı yolunda bir mane bilərlər;
11. Peyğəmbər və İmamların yolunu bəyənməzlər və onları qədimi və işə yaramayan bir yol sayarlar;
12. İslam praqramları camaata əksi olaraq çatdırılar;
13. Əmr be məruf və Nəhy əz münkər unudular. Bu işlə məşqul olan insanlar zəlil olar;
14. Haram musiqilərin çoxalması üçün hədsiz pullar xərclənər;
15. Tacirlər sələm yeməklə öz ticarətlərini sələmlə möhkəmləndirərlər;
16. Həmcins bazlıq çoxalaraq kişi kişi ilə, qadın isə qadınla evlənər;
17. Dində bidətlər çoxalar;
18. Bütpərəstlik çoxalar. Bundan məqsəd batil və dində olmayan şeylərə inanmaqdır;
19. Bədənlər bir-birinin yanında olmaqla, ürəklər ayrı olar;
20. Fəqirə yemək və sədəqə vermək minnət qoymaqla olar;
21. Qəzavət rüşvətlə olar;
22. Məclislər şərabla keçirilər;
23. Ata-anaya hörmətsizlik artar və onlara söyüş verilər;
24. Kafirlərin dili geniş yayılar;
25. Camaat qazancın halalına və yaxud haramına diqqət etməz;
26. Müsəlmanlar zahirdə müsəlman olarlar. Lakin Onlarda müsəlmançılıqdan bir əlamət olmaz;
27. Pis və çirkli işlər fəzilətli iş kimi hesab olunar;
28. Qohumlar arası əlaqə azalar;
29. Camaat arasında təqva və Allah qorxusu azalar;
30. Cansızlar danışar; (Televizor və radio kimi şeylər)
31. Allah-taala yalnız Ramazan ayında pərəstiş olunar;
32. Fahişəlik artar;
33. Pul camaatın dini sayılar;
34. Camaatın duası qəbul olmaz;
35. Qadınlar kişi paltarı geyinər;
36. Qadınlar yarım çılpaq və çılpaq camaat içində gəzər;
37. Alimlərin sözü kənara qoyularaq rəmlçilərin sözünə qulaq asarlar;
38. Başqasının arxasınca danışmaq və qeybət etmək yayılar;
39. Qumar oynamaq artaraq aşkarda oynanılar;

40. Şərab içmək eyb hesab olunmaz;
41. Namaz axır vaxt qılınar, camaat şəklində qılınmaz, riya üçün qılınar və sübh namazı tərk olunar;
42. Müsəlmanlar düşmənin yanında yer alar;
43. Camaatın fikr və zikri yemək olar;
44. Elmsiz fətva verilər;
45. Camaatın zahiri gözəl ancaq batini çirkin olar;
Sayılan xəbərlərin hamısını elə hazırkı dünyamızda görmək mümkündür.bu nümunələr axırzamanın xüsusiyyətlərindən bəzisidir ki, insanların necə mənəviyyatdan uzaq olmalarından xəbər verir. Görsəndiyi kimi elm və texnika insanları özünə cəlb edərək onları Allah-taalaya yaxınlaşdıracaq səbəbləri bihudə saymağa vadar edər. Həqiqətən yuxarıda qeyd olunan xüsusiyyətlər axırzamanın xəstəliklərinin nişanəsidir. Bu nümunələri görməklə özümüzü islah etməyə çalışmalıyıq. Bəlkə bu səbəblə mənəvi xəstəliyimizi müalicə edə bilək.

Hacı Mahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930