Ramazan, İmam Zaman (ə.f) üçün dua baharıdır
Mьəllif: admin1
Tarix: 24-06-2015, 15:00
Ramazan, İmam Zaman (ə.f) üçün dua baharıdır
Bu mübarək və bərəkətli ayda Quran çox oxunur, razü-niyaz səsləri çoxları, dualar çoxalır... Bu ayın duasında olan ləzzət və fəzilət heç bir ayın duasında yoxdur. Heç bir ay üçün Ramazan ayı qədər dua etməyə sifariş və tövsiyə olunmamışdır.

Bu ayda oruc tutan mömin təkcə özü üçün çalışmamalı, öz fikrində olmamalıdır, bəlkə bütün müsəlmanların, yaşadığı cameənin də islahı üçün çalışmlaı və ən azından dua etməlidir. Cameənin düzəlməsi, ədalət dövlətinin qurulması üçün İmam Zamanın (ə.f) zühuru lazımdır. Buna görə də ən çox dua O həzrətin zühuru və fərəci üçün edilməldir... Buna görə də bu ayın dualarında İmam Zaman (ə.f) üçün xüsusi yer ayrılmışdır. Neçə yerdə İmam Mehdi (ə.f) barədə dua gözə dəyir, bəzi dualarda İmamın (ə.f) adı xüsusi vurğulanır. Bu dualarda gözə dəyən mühüm bir nöqtə var ki, o da bəşər ictimaiyyətinin islahı və ədalət dövlətinin qurulmasıdır. Elə bir dövlət ki, hələ indiyədək Adəm övladı belə bir hakimiyyət və cəmiyyət görməmişdir. Belə bir dövlət təkcə zühur zamanı qurulacaqdır. Buna görə də zühurun tezləşməsi üçün oxunan dualar hamının arzusudur...

Bütün duaların son qayəsi budur: «اللَّهُمَّ عَجِّلْ لِوَلِيِّكَ الْفَرَج» - Əllahummə əccil livəliyyikəl-fərəc. – Ey Allahım! Sənin yer üzərindəki vəlin olan İmam Mehdinin (ə.f) fərəcin tezləşdir!

Bu yazıda Ramazan ayında xüsusi tövsiyə olunmuş və İmam Zamanla (ə.f) bağlı olan bəzi duaları sizə tanıtdırmaq istəyirik. Bu dualar əsasən aşağıdakılardan ibarətdir:

1). İFTİTAH duası: mübarək Ramazan ayının bütün gecələri üçün tövsiyə olunubdur. Bu duadan bəzi sütünları belədir:

«اللَّهُمَّ وَ صَلِّ عَلَى وَلِيِّ أَمْرِكَ الْقَائِمِ ‏الْمُؤَمَّلِ»؛
«اللَّهُمَّ وَ صَلِّ عَلَى وَلِيِّ ‏أَمْرِكَ الْقَائِمِ الْمُؤَمَّلِ وَ الْعَدْلِ الْمُنْتَظَر» ؛
«اللَّهُمَّ إِنَّا نَرْغَبُ إِلَيْكَ فِي دَوْلَة كريمة». ‏
«‏أَيِّدْهُ بِرُوحِ الْقُدُسِ ـ اللَّهُمَّ أَعِزَّهُ ـ وَ انْصُرْهُ ـ وَ انْصُرْهُ نَصْراً عَزِيزاً ـ وَ ‏اجْعَلْ لَهُ مِنْ لَدُنْكَ سُلْطَاناً نَصِيراً».

2). "Əllahummə ədxil əla əhlil-qübur əs-sürur": «اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ» - İlahi! Qəbiristanlıq əhlinə şadlıq bəxş et! – bu dua da hər gün vacib namazlardan sonra oxunan duadır. Bu duanın qısa mətni və şərhi belədir:

«اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ».‏
«اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوبٍ».
«اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ ـ وَ فُكَّ بِهِ أَسْرَنَا».
«اللَّهُمَّ أَصْلِحْ كُلَّ ‏فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ».‏
«وَ أَذْهِبْ بِهِ غَيْظَ قُلُوبِنَا ـ اشْفِ بِهِ صُدُورَنَا ـ اللَّهُمَّ غَيِّرْ ‏سُوءَ حَالِنَا بِحُسْنِ حَالِكَ».‏
«وَ أَغْنِ بِهِ عَائِلَنَا ـ اللَّهُمَّ ‏سُدَّ فَقْرَنَا بِغِنَاكَ».
«اللَّهُمَّ أَغْنِ كُلَّ فَقِيرٍ ـ اللَّهُمَّ ‏اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ ـ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَا كَ ـ اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ ـ وَ أَغْنِنَا ‏مِنَ الْفَقْرِ ـ وَ اقْضِ بِهِ عَنْ مُغْرَمِنَا ـ وَ اجْبُرْ بِهِ فَقْرَنَا». ‏
«وَ أَعْطِنَا بِهِ فَوْقَ ‏رَغْبَتِنَا». ‏
«اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ». ‏

Duanın məzmunu göstərir ki, duada olan arzular yalnız İmamın (ə.f) zühuru ilə həyata keçə biləcəkdir. Çünki duada Allahdan ideal bir cameə və ədalətli bir ictimanın qurulması istənilir ki, bu da yalnız İmam Mehdi (ə.f) dövlətində baş verəcəkdir./shabestan/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930