Həzrət Zəhra (s.ə) buyurub: “Hər kim atam Peyğəmbərə (s) və mənə 3 gün ərzində salam verərsə,
Mьəllif: admin1
Tarix: 2-02-2018, 18:24
Həzrət Zəhra (s.ə) buyurub: “Hər kim atam Peyğəmbərə (s) və mənə 3 gün ərzində salam verərsə,

Xanım Zəhradan (s.ə) bizə çatan bəzi nurani hədislərə nəzərə salaq:
“Biz Peyğəımbərin (s) Əhli-beyti (ə) – Allahın xəlqi ilə rabitə vasitələriyik. Biz - Allahın pak və müqəddəs seçilmişləriyik. Biz - hüccət və yol göstərən olacağıq. Biz - İlahi peyğəmbərin (ə) varisləriyik”.

İmam Əliyə (ə) belə tərif verir: “O, İlahi və rəbbani rəhbərdir. Nur və aydınlığın təcəssümüdür. Bütün varlıqların və ariflərin diqqət mərkəzidir. Pak övladlar pak ailədən olar. Haqqı deyən və hidayət edəndir. O, imamət və rəhbərliyin mərkəzidir”.

“Həzrət Peyğəmbər (s) və Əli (ə) – bu ümmətin valideynidir. Hər kim o ikisinin ardınca gedərsə, dünya sapmalarından və axirətin həmişəlik əzabından nicat tapar. Behiştin müxtəlif nemətlərindən bəhrələndirərlər”.

“Hər kim işlərini və ibadətini Allah üçün xaliscəsinə yerinə yetirərsə, Allah ən yaxşı bərəkətini onun üçün təqdir edər”.

“Həqiqətən, bütün səadətlərin həqiqəti - Əlinin (ə) həyatından və vəfatından sonra onunla dostluq etməkdədir”.

“Əhli-beyt (ə) davamçıları və bizim davamçılarımız, həmçinin bizim övliyaları sevənlər və onlar ki, düşmənlərimizin düşmənləridirlər və həmçinin o kəslər ki, qəlb və dilləri ilə bizə təslimdirlər - behiştin ən yaxşı insanlarıdırlar”.

“O kəslər ki, Allahın və Allahın Peyğəmbərinin (s) Əmirəl-mömin Əli (ə) ilə bağlı əhdi pozublar, mənim haqqımda zülm etmiş və atamın Fədəklə bağlı məktubunu cırıblar - mənim cənazəmdə gərək namaz qılmasınlar”.

Mühacir və ənsarlara xitab edərək buyurur: “Məndən uzaq olun və məni öz halıma buraxın. Bu qədər etinasızlıq və səhlənkarlıqlarınızla sizin üçün üzr qalmamışdır. Məgər atam Qədir-Xum günündə kiminsə üçün üzr yeri qoymuşdurmu?”.

“Sübhan Allah iman və etiqadı – şirkdən pak olmaq və yolunu azmaqdan nicat tapmaq üçün qərar vermişdir. Namazı – təvazökarlıq və hər bir növ təkəbbürdən pak olmaq üçün təqdir etmişdir. Zəkatı - nəfsi islah etmək və ruzinin artması üçün təyin etmişdir. Orucu - iradədə ixlaslı və möhkəm olmaq üçün lazımlı bilmişdir. Həcci - şəriətin əsasının möhkəm olması üçün vacib etmişdir”.

“Ey Əbəlhəsən! Həqiqətən, Allahın Rəsulu (s) mənimlə əhd bağlamışdır və buyurmuşdur ki, mən - Əhli-beytdən (ə) ilk kəsəm ki, ona qoşulacağam. Onun çarəsi yoxdur. Ona görə də sən səbir et və İlahi təqdirdən razı ol”.

“Hər kim atam Peyğəmbərə (s) və mənə 3 gün ərzində salam verərsə, Allah behişti onun üçün vacib edər. İstər həyatimizda olsun, istərsə də bizim ölümümüzdən sonra”.

“Qadının şəxsiyyətinin qorunması üçün ən yaxşı şey odur ki, heç bir kişini görməsin və həmçinin kişilərin müşahidəsində qərar tutmasın”.

Həyat yoldaşına belə buyurur: “Məni ölümümdən sonra unutma və mənim qəbrimin ziyarətinə gəl”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930