" İmam Zamanın (ə.c.) zühuru əsrində elmdən iyirmi beş hərf yayılar" cümləsindən İmam Sadiqin (ə) məqsədi nədir?
Mьəllif: admin1
Tarix: 10-02-2015, 22:53
" İmam Zamanın (ə.c.) zühuru əsrində elmdən iyirmi beş hərf yayılar" cümləsindən İmam Sadiqin (ə) məqsədi nədir?
İmam Sadiqin (ə) hədsinin məzmununu (mənasını) təcrübi və əqli şəkildə mənim üçün bəyan edə bilərsinizmi ki, buyurub: "Elmi iyirmi yeddi hərfdir. Peyğəmbərlərin göstərdiklərinin hamısı onun iki hərfini təşkil edir və camaat indiyə kimi ancaq bu iki hərflə tanış olublar. Elə ki, bizim Qaimimiz qiyam edə iyirmi beş hərfi də aşkar edər, onu camaatın arasında yayar və genişləndirər. O iki hərfi də ona əlavə etməklə iyirmi yeddi hərfi camaatın arasında yayar". (Biharul- ənvar, cild 52, səh 336).

İmam Zamanın (ə.c.) zühur əsrində mühüm olan məsələlərdən biri madi və mənəvi elmlərin inkişafı və çiçəklənməsidir. Elm, bu zamanda inkişafın ən uca həddinə yetişət. Rəvayətlər aşkar şəkildə bunu bəyan ediblər necə ki, sualda zikr olan hədis kimi.

Gərək diqqət oluna ki, bu və buna oxşar rəvayətlər demirlər ki, camaatın hamısı təcili elmin iyirmi yeddi hərfini zühur əsrində öyrənərlər, bəlkə İmam Sadiqin (ə) sözündəki ibarət " أخرج", (əxrəcə) kəlməsidir;[1]yəni həzrət Höccət (ə.c.) elmin qalan hərflərini aşkar edər. Bu mənaya ki, Həzrət (ə.c.), elmin iyirmi yeddi hərfini camaatın öyrənməyi üçün aşkar edər və elm süfrəsini bu həddə genişləndirər, amma görəsən hər bir kəs iyirmi yeddi hərfi öyrənər və elmin uca mərtəbəsinə yetişər? Bu, şəxslərin çalışmağına bağlıdır. Şübhəsiz bir dəstə, elmin zikr olunan ali mərtəbəsinə yetişər, elmi dairələri və elm artıran sinifləri təşkil verərlər, başqalarının biliyini artırarlar və elm dalınca olanların siniflərində iştirak edərlər. Bu üzdəndir ki, İmam Əli (ə) bir rəvayətdə buyurub: "Güya şiələrimi görürəm ki, Kufə məscidində xeymələr qurublar və əsil Qurani elmləri o xeymələrdə camaata öyrədirlər".[2]

Nəticə: Baxmayaraq ki, həzrət İmam Zaman (ə.c.) özünün zühuru ilə elmin iyirmi yeddi hərfini öyrənmək imkanını hazırlayır, hətta birdən- birə (gözlənilməz) elmi inkişafın imkanı da vardır, amma həmin əsrdə bəziləri də vardır ki, elmin zirvəsinə yetişməzlər. Onların bu zirvəyə yetişməsi onların çalışmağına bağlıdır. Eynilə təqvanın ali mərtəbəsinə bənzəyir ki, hər bir kəs edə bilər çalışmaqla onu ələ gətirsin. Bəs necə ki, təqva zirvəsinə yetişmək mübarizə və çalışmağa bağlıdır, elmin iyirmi yeddinci dərəcəsinə yetişmək də çalışmaq və müntəzəmliyə bağlıdır.




[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 52, səh 336, Müəssisətul- vəfa, Beyrut, 1404 hicri qəməri.

«الْعِلْمُ‏ سَبْعَةٌ وَ عِشْرُونَ‏ حَرْفاً فَجَمِیعُ مَا جَاءَتْ بِهِ الرُّسُلُ حَرْفَانِ فَلَمْ یَعْرِفِ النَّاسُ حَتَّى الْیَوْمِ غَیْرَ الْحَرْفَیْنِ فَإِذَا قَامَ قَائِمُنَا أَخْرَجَ الْخَمْسَةَ وَ الْعِشْرِینَ حَرْفاً فَبَثَّهَا فِی النَّاسِ وَ ضَمَّ إِلَیْهَا الْحَرْفَیْنِ حَتَّى یَبُثَّهَا سَبْعَةً وَ عِشْرِینَ حَرْفاً»

[2] - Həmin, səh 364.

«کَأَنِّی أَنْظُرُ إِلَى شِیعَتِنَا بِمَسْجِدِ الْکُوفَةِ وَ قَدْ ضَرَبُوا الْفَسَاطِیطَ یُعَلِّمُونَ النَّاسَ الْقُرْآنَ کَمَا أُنْزِل‏‏»



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930